Məhkəmə qərarları › İş №8(027)-281/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-281/2022

08.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-281/2022 08.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-956/2017 saylı icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Nümayəndə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi barədə 25 oktyabr 2020-ci il tarixli qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-956/2017 saylı icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Nümayəndə Quba rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2017-ci il tarixli, 2(027)-956/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 25 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Hüseyn İmaməliyev məhkəməyə ərizə ilə müraciət edərək, əməkdaşlarının ezamiyyətdə və məzuniyyətdə olması ilə əlaqədar, məhkəmə iclasında nüməyəndələrinin iştirakını təmin edə bilməyəcəklərini qeyd edərək, ərizənin təmin olunmasını və icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Nümayəndə şikayətdə göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-956/2017 saylı, xx.xx.2017-cı il tarixli məhkəmə əmri ilə Borclu 810.88 ABŞ dolları məbləğində əsas, 361.59 ABŞ dolları məbləğində faiz, cəmi 1172.47 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Turanbank ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. Qeyd olunan icra sənədi icra edilməsi üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə icraata Quba Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Xitam verilməsinə əsas olaraq isə borcun tam şəkildə ödənilməsi göstərilmişdir. Lakin icraata xitam verilərkən hansı faktəsdiqedici sənəd bə ya ödəniş qəbzinə istinad edilməsi qərarın mətnində göstərilməmişdir. Ümumilikdə qeyd edirik ki, Borclu hazırda icra sənədi üzrə borcu 443.93 ABŞ dolları və 20 manat təşkil edir. Həmçinin icra sənədi üzrə tələbin tam şəkildə təmin olunmasına dair hər hansı sənəd tərəfimizdən icra qurumuna təqdim edilməmişdir. Göstərilənlərdən bir məntiqi nəticə yaranır ki, icra qurumu buna heç bir hüquqi əsası olmadan qanunsuz qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq, Quba rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2017-ci il tarixli, 2(027)-956/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 25 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-956/2017 saylı icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Nümayəndə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi barədə 25 oktyabr 2020ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan Quba Rayon Məhkəməsinin 2(027)-956/2017 saylı xx.xx.2017-cı il tarixli məhkəmə əmri ilə Borclu 810.88 ABŞ dolları məbləğində əsas, 361.59 ABŞ dolları məbləğində faiz, cəmi 1172.47 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Turanbank ASC-nin hesabına ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunan TuranBank ASC- nin xx.xx.2022-ci il tarixli, 2376 saylı maliyyə arayışından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-956/2017 saylı məhkəmə əmri ilə Borclu 810.88 ABŞ dolları məbləğində əsas, 361.59 ABŞ dolları məbləğində faiz, cəmi 1172.47 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq Turanbank ASC-nin hesabına ödənilməsi əmr edilmiş, hal-hazırda borc 443.93 ABŞ dolları və 20 manat təşkil edir. İş materiallarına əlavə olunan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi barədə 25 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, tələbin tam təmin olunduğu əsas gətirilərək, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-956/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 25 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Nümayəndə şikayəti təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: "xxxx" ASC-nin idarə heyətinin sədr müavini Nümayəndə şikayəti təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-956/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 25 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilsin və Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-956/2017 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar