Məhkəmə qərarları › İş №8(027)-282/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-282/2022

08.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-282/2022 08.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1457/2021 saylı icra sənədi üzrə borclu X4 məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, borclu Quba rayonu, Digah kəndində yaşayan X4 məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1457/2021 saylı icra sənədi üzrə borclu, Quba rayonu, Digah kəndində yaşayan X6 məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədini icra edən icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin icrasını təşkil etmək məqsədi ilə borclunun Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, Tələbkar və iş üzrə borclu X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.Ona görə də məhkəmə hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin, Tələbkar və iş üzrə borclu X4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, X4 məcburi gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. İş sənədlərində olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, X5 Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1457/2021 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş sənədlərində olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1457/2021 saylı icra sənədi üzrə X3 xx.xx.2021-ci il tarixdən başalayaraq, xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment və dövlət rüsumu üçün ödənilmiş 20 (iyirmi) manat məbləğdə pul vəsaiti alınıb Tələbkar verilməlidir. Məhkəmə hesab edir ki, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1457/2021 saylı icra sənədinin icrasının təmin olunması üçün təqdimat təmin edilməli, Quba rayonu, Digah kəndində yaşayan, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1457/2021 saylı icra sənədi üzrə borclu X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməli və icrası Quba rayon Polis şöbəsinə həvalə edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunu 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1,84cü maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1457/2021 saylı icra sənədi üzrə borclu, Quba rayonu, Digah kəndində yaşayan X6 məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar