Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-282/2024 19.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İş üzrə borclu X5 iştirakı ilə X5 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasının hissə-hissə icra edilməsinə dair qərardad çıxarılması haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X9 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunun hissə-hissə yəni hər ay 400 manat məbləğində icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X9 ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı X13 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və X7 100 000 məbləğində pulun, mənəvi zərər olaraq 10.000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 400 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-133/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən Apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəsi almış xx.xx.2023-cü il tarixli 2(105)-1183/2023 nömrəli qətnaməsi ilə şikayət qismən təmin edilmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 133/2023 nömrəli qətnaməsi dəyişdirilməsi, cavabdeh X4 30 000 (otuz min) manat və cavabdeh X2 70 000 (yetmiş min) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Sultanov Musa oğluna verilməsi, dövlət rüsumuna görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəasitinin 120 (bir yüz iyirmi) manat hissəsi cavabdeh X4, 280 (iki yüz səksən) manat hissəsi cavabdeh X2 alınaraq iddiaçı Sultanov Musa oğluna verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1183/2023 xx.xx.2023 il tarixli icra sənədinə əsasən 30.000 manat və 120 manat məbləğində borcu tələbkara qaytarmalıdır. Quba rayon İcra və Probasiya Şöbəsində tələbkar X13 ilə borclu qaldığı pulun hər ay 800 manat məbləğində ödəmək şərti ilə müqavilə bağladılar. Həmin müqavilə üzrə bu günə kimi borcdan 8000 (səkkiz min) manatı ödəmişdir. Hazırda sağlamlığı ilə əlaqədar stasionar müalicədədir, işləyə bilmir. Müqavilə üzrə öhdəliyinin icrasını maddi imkanı yoxdur. Haqlarının qazancı isə onun müalicəsinə və ailənin xərclərini qarşılamağa çatmır. Keçən müddətdə ailəsinin-uşaqlarının boğazından kəsib hər ay səkkiz yüz manat məbləğində borcu qaytarmışdır. Ağır maddi vəziyyətində yaşamağa məhkum olmuşlar Göstərilən səbəblərdən məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iş üzrə borclu X9 ərizəsini müdafiə edərək, ərizəsində yazdıqlarına uyğun izahat verərək, tələbkara 9000 manatdan çox ödəniş etdiyini, banka kredit borcu olduğunu, aylıq 400-500 manat ödəmək iqtidarında olduğunu, ona görə də ərizəsinin təmin olunmasını xahiş etdi. . Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış iş üzrə tələbkar və Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, iş üzrə borclu X5 izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-133/2023 nömrəli qətnaməsi dəyişdirimiş, cavabdeh X4 30000 (otuz min) manat və cavabdeh X1 70000 (yetmiş) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X11 verilməsi, dövlət rüsumuna görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 120 (bir yüz iyirmi) manat hissəsi cavabdeh X4, 280 (iki yüz səksən) manat hissəsi cavabdeh X1 alınaraq iddiaçı X11 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi icraya yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə» 14 yanvar 2003-cü il tarixli 1 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi, hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi məsələləri yalnız birinci instansiya qaydasında işə baxan məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası MPM-nın 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyəti, borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra edilməsi məsələsinin həllində tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə Qətnaməsi Haqqında» 11 iyul 1997-ci il tarixli, 2 saylı qərarının 14-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasının hissə-hissə ödənilməsinin həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Həm Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsi, həm də Ali Məhkəmənin istinad edilən Plenum qərarı qətnamənin icrası haqqında məsələ həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyətinin, xüsusilə də borclunun əmlak vəziyyətinin ağırlığının nəzərə alınmasını göstərir. X9 əmlak vəziyyətinin ağırlığı ilə bağlı məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsini xahiş etsə də, əmlak vəziyyətinin ağırlığı, qətnamənin icrasını çətinləşdirən hallar, qətnamənin icra üsulunun dəyişdirilməsi zəruriliyi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə görə bu halları sübütetmə yükü onun üzərinə düşür. Məhkəmə hesab edir ki, qətnamənin icra predmeti hazırki iş üzrə borclunun ağır əmlak vəziyəti ilə və yaxud qətnamənin icrasının borclu üçün çətinlik yaradan digər hallarla əlaqədar olmadığına görə qətnamənin hissə-hissə icra edilməsi üçün əsaslar yoxdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqları və X6 Haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası "İnsan Hüquqlarının və X8 Haqqında" Avropa Konvensiyasının iştirakçısı və onun ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri ilə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyasını ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Məhkəmə hazırki işlə əlaqədar İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarlarına istinad etməyi zəruri hesab edir. Avropa Məhkəməsi "Hornşbi Yunanıstana qarşı" iş üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, "Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququ vardır. Bu hüquq işin ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsidir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir. Razılığa gələn tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda, bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prossesual təminatların dəqiqliklə nəzərdə tutulmasını və məhkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnun tənzimlənməsi kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır." "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal "Tarverdiyev Azərbaycana qarşı" məhkəmə işində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan Hüquqlarının və X8 Haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdılar ki, "İnsan Hüquqlarının və X8 X3 6-cı maddəsinin 1-ci hissəsinə əsasən "hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr, məhkəmə aktlarının icrasının dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin icrası şəxsin ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi olduğu, həm də Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi baxımından şəxsin mülkiyyət hüququ kateqoriyasına aid olduğu üçün, qətnamənin icra edilməməsi və icrası ilə bağlı yaradılan hər hansı məhdudiyyət tələbkarın ədalətli məhkəmə araşdırması hüququnu və mülkiyyət hüququnu pozmuş olacaqdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi mülkiyyət hüquqlarına müdaxiləni nəzərdə tutsa da, borclu qətnamənin hissə-hissə icra edilməsi üçün əmlak vəziyyətlərinin ağırlığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da o, qətnamənin icrasının onun üçün hansı ağır məhrumiyyətlər yaradacağını və mülkiyyət hüququna müdaxiləni nəzərdə tutan halların olmasını sübut edə bilməmişdir. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, ərizənin təmin olunması üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1183/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasının hissə-hissə icra edilməsi dair ərizəsi təmin olunmasın. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-282/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-282/2024
19.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver