Məhkəmə qərarları › İş №8(027)-284/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-284/2023

14.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-284/2023 14.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-973/2022 saylı icra sənədi üzrə Borclu məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-973/2022 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və pobasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınmışdır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, tələbkar "xxxx" ASCnin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-973/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixli 107rstQUBA/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 4112,20 (dörd min bir yüz on iki manat iyirmi qəpik) manat, faiz borcuna görə 15,88 (on beş manat seksən səkkiz qəpik) manat, 0 (sıfır) manat cərimə olmaqla və və 0 (sıfır) manat komisyon haqqı olmaqla, cəmi 4128,08 (dörd min bir yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi olan 61,69 (altmış bir manat altmış doqquz qəpik) manat məbləğində vəsait cavabdeh Borclu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. Təqdimat əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərmiş və həmin bildirişin borcluya çatması barədə xəbərnamə işin materiallarına əlavə edilmişdir. “İcra haqqında” AR Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-973/2022 nömrəli icra sənədinin icrası istiqamətində icra məmuru tərəfindən zəruri icra hərəkətləri həyata keçirilmədiyindən borclunun polis orqanı vasitəsilə məcburi qaydada gətirilməsinə zərurət yaranmadığından, təqdimat təmin edilməməlidir. Belə ki, icra məmuru borculunun qeydiyyatda olduğu ünvanında yaşayıbyaşamasını yoxlamamış və buna dair müvafiq akt tərtib etməmişdir. Məhkəmə hesab edir ki, bütün bu tədbirlər görülmədən hazırki təqdimatın təmin edilməsinə lüzum yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-973/2022 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar