Məhkəmə qərarları › İş №8(027)-285/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-285/2023

14.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-285/2023 14.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin e-2(027)-697/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 4032,55 manat məbləğində pul və 60,73 manat məbləğində ödənilmiş dövlət rüsumu “ Unibank “ KB ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, edilən çox saylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmış və eyni zamanda bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-697/2023 saylı icra sənədinə əsasən, Cavabdeh Borclu 3556 AZN əsas məbləğ üzrə, 453,99 ‘ AZN faiz üzrə. 22,56 AZN cərimə, cəmi 4032,55 AZN məbləğində pul və ödənilmiş dövlət rüsumu 60,73 manat "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilsə də, həmin bildirişin borclu tərəfindən qəbul edilməsinə dair iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir. Hazırda isə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarına tələbin könüllü icrası barədə Borclu göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişin borcluya çatdırılması ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Bununla da icra sənədinin müəyyən edilmiş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, icra məmurunun borclunun məcburi qaydada gətirilməsi haqqında təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-697/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar