Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-285/2024 23.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X6 qızının katibliyi, X1, Tələbkar iştirakı ilə İcra sənədi üzrə X1 icraata xitam verilməsi barədə ərizəsini və oa əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyənetdim: X3 ərizə ilə müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(105)- 1183/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan sonra X3 iş üzrə tələbkarla razılıq əldə etdiyi üçün xitam barədə verdiyi ərizənin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4, 231, 264-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İcra sənədi üzrə X1 Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(105)- 1183/2023 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-285/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-285/2024
23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver