Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-286/2022 07.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X4 qızının katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov təqdimatla məhkəməyə müraciət edərək borclu ünvan 1 ünvanda yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)-1097/2015 saylı icra vərəqəsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu ıl təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X1 verilməsi təmin olunmalıdır. İcra sənədi xx.xx.2015-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)-1097/2015 saylı icra vərəqəsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu ıl təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar X1 verilməsi təmin olunmalıdır. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2015-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-317 və 317-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-1097/2015 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanda yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-286/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-286/2022
07.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver