Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-289/2022 25.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X3 və Borclu iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-103/2022 saylı icra sənədi üzrə X1nın Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-103/2022 saylı icra sənədi üzrə X1 Şabran rayon İcra Şöbəsinin icra məmuru Nuranə Yaqubovanın xx.xx.2022-ci il tarixli, 2(027)- 103/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 23 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə X8 ərizəsinin təmin edilməsi və Şabran rayon İcra Şöbəsinin icra məmuru Nuranə Yaqubovanın xx.xx.2022-ci il tarixli, 2(027)-103/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 23 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 ərizəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027/-103/2022 saylı 07 fevral 2022-ci il tarixli qətnaməsilə xx.xx.2010-cu il tarixdə doğulmuş X5, xx.xx.2012-ci il tarixdə doğulmuş X6 və xx.xx.2013-cü il tarixdə doğulmuş Zəhra Əlişad qızının yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə xx.xx.2021-ci il tarixdən olmaqla üç uşağa görə 120 manat olmaqla sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir.Qeyd olunan qətnamənin icrası Şabran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Qeyd edir ki, Borclu ona 4000 manata yaxın borcu yarandığı üçün 2022-ci ilin may ayında onun barışacağını vəd edərək aldatma yolu ilə ondan ona qarşı heç bir tələbin olmaması barədə ərizə alıb Şabran rayon İcra və Probasiya Şöbəsinə təqdim etmiş və Şabran rayon İcra və Probasiya Şöbəsi xx.xx.2022-ci il tarixli Qərarı ilə Quba rayon Məhkəməsinin 2(027/-103/2022- saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icraata xitam vermişdir. Qeyd olunan qərar qəbul edildikdən sonra Borclu ona “səni aldatdım, mənə heç kim heçnə edə bilməz” deyərək alimenti ödəməkdən boyun qaçırır, o isə heç bir yerdə işləməyərək uşaqları dolandıra bilmir, ona görə də icra vərəqəsi üzrə icraatı təzələmək və Borclu alimenti ödəməyi tələb etmək qərarına gələrək, Şabran Rayon İcra və Probasiya Şöbəsinin 23 may 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini və icra üzrə hərəkətlərin davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə Borclu borcun hesablanması barədə qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Şabran rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırkı işə Şabran rayon İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-103/2022 saylı icra sənədi üzrə X1nın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-103/2022 saylı icra sənədinə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X9, xx.xx.2012-ci il tarixdə doğulmuş X10 və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə xx.xx.2021 -ci il tarixdən cavabdeh Borclu hər uşağa görə ayda 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşağa görə hər ay 360 (üç yüz altmış) manat sabit pul məbləğində a mer: tutularaq, iddiaçı X7 verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru X13 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-103/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 23 may 2022-ci il tarixli qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Şabran rayon İcra və probasiya şöbəsinin icra məmuru X13 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-103/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə 23 may 2022-ci il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-103/2022 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-289/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-289/2022
25.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver