Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-291/2023 14.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-118/2023 saylı icra sənədi üzrə Borclu məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-118/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və pobasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınmışdır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, tələbkar "xxxx" ASCnin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-118/2023 nömrəli icra sənədinə əsasən 14 avqust 2006-cı il təvəllüdlü X2 atası Borclu yanında qalması müəyyən edilsin. 17 iyul 2013-cü il təvəllüdlü X3 atası Borclu alınaraq anası Tələbkar himayəsinə verilməsi, 17 iyul 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 170 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar xeyrinə tutulması, təyin edilmiş aliment 17 iyul 2013-cü il təvəllüdlü X3 anası Tələbkar verildiyi gündən tutulması, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş mediasiya xərci əvəzi 50 (əlli) manat və dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Təqdimat əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərmiş və həmin bildirişin borcluya çatması barədə xəbərnamə işin materiallarına əlavə edilmişdir. “İcra haqqında” AR Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göründüyü kimi bu normanın tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Elektron məhkəmə sistemindən göründüyü kimi, 2(027)-118/2023 nömrəli mülki iş üzrə Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-118/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilmiş və hazırda mülki işə Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Məhkəmə iş materiallarını araşdırıb Borclu icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmadığını, sonuncunun tərəfindən mülki iş üzrə apelyasiya şikayətinin verilməsini nəzərə alaraq hesab edir ki, borclunun Quba rayon İcra və probasiya şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsinə zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-118/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-291/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-291/2023
14.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver