Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-292/2024 23.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ İş № 8(027)-292/2024 QƏRARDAD xx.xx.2024-cü il Quba şəhəri Quba Rayon Məhkəməsi Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X2 qızının katibliyi, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-1103/2022 saylı icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3 rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2022-ci il tarixli qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2022-ci il tarixli “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarının ləğv edilməsi və Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-1103/2022 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsini icra olunması üçün yenidən Quba Rayon İcra və Probasiya şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarıması haqqında qərarı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsasında çıxarılmış Quba rayon məhkəməsinin e-2(027)-l 103/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə üzrə verilmiş icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. İcra məmurunun qərarı tamamilə qanunsuz və əsassız, həmçinin "xxxx" ASC-nin mənafelərinə ziddir. Belə ki, icra məmuru öz əsassız qərarını əsaslandırarkən tələbin yönəldə biləcəyi əmlakın olmamasını əsaslandırmışdır. Hal bu ki, icra qurumu tərəfindən Cavabdeh barədə heç bir sorğu edilməmişdir. Borclunun iş yeri, Azərbaycan Respublikasının hüdudlarından gediş gəlişin məhdudlaşdırılması, əmlakın olubolmaması, məcburi gətirilmə barədə heç bir tədbir görülməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarıması barədə qərarının ləğv edilməsi icra sənədi üzrə icraatın davam etdirilməsi labüddür. Qərar rəsmi qaydada xx.xx.2024-cü il tarixində "xxxx" ASC-yə çatmışdır. Odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir.. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə borclunun , Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkar "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə, icra sənədi üzrə tələbkarın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)- 1103/2022 saylı saylı qətnaməsinə əsasən, iddia təmin edilmiş; Cavabdehdan xx.xx.2019-cu il tarixli QBNPU-1409 saylı kredit müqaviləsi üzrə 686,22 manat əsas borc, 218,86 manat faiz borcu, cəmi 905,08 manat borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. “İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən 04.05 2022-ci tarixli, e-2(027)- 1103/2022 saylı icra sənədinə əsasən borclu, Cavabdeh 905,08 manat və 30 manat məbləğində dövlət rüsumu alınaraq tələbkar “Rabitəbank" ASC-nin hesabına ödənilməlidir. İcra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul olunaraq 174357/22 saylı icra işi açılmışdır. Eyni zamanda borclulara “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bununla bağlı borcluların və onların birgə mülkiyyətdə olan tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərini müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş o, cümlədən əmlakına baxış keçirilmişdir. Lakın görülmüş tədbirlər nəticə verməmişdir. İcra sənədinin icrası istiqamətində, müxtəlif icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq görülmüş tədbirlər nəticə verməmişdir. Göstərilənlərə əsasən və “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd edilən Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun əmlak və gəlirlərini yenidən müəyyən edilməsi icra sənədinin icrasına zəmin yarada biləcəyindən, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, Quba rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e- 2(027)-1103/2022 saylı icra sənədi yenidən icraya yönəldilərək, icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-1103/2022 saylı icra sənədi yenidən icraya yönəldilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-292/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-292/2024
23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver