Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-293/2022 03.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X6 qızının katibliyi, Tələbkara X1 iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan «Hyundai Santafe» minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1560 saylı icra sənədinə əsasən Borclu: Borclu xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində aliment alınıb tələbkar X4 verilməlidir. Qeyd olunan icra sənədi üzrə 305166/2021 saylı icra işi açılmış, xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Hazırda Borclu bu vaxta qədər 900 manat ödəniş etmişdir, icra sənədi üzrə aliment borcu 2460 manat təşkil edir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində onun adına “HYUNDAİ SANTAFE minik markalı, **-LD-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. Ona görə də tələbin borcluya məxsus olan avtonəqliyyat vasitəsinin üzərinə yönəldilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında tələbkara X5 təqdimatın təmin edilməsini xahiş etdi. İş üzrə borcluya və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarından görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-1560/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixdə doğulmuş X7 və 'l9.03.2020-cı il tarixdə doğulmuş X8 anaları X1 yanında saxlanılsın; xx.xx.2018- ci il tarixdə doğulmuş X7 və xx.xx.2020-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 iyul 2021-ci il tarixdən cavabdeh Borclu hər uşağa görə ayda 140 (yüz qırx) manat olmaqla, iki uşağa görə hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, tələbkara verilməlidir. İş materiallarından görünür ki, Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Quba rayon Məhkəməsinin 2(027)-1560/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə Borclu adına «Hyundai Santafe» minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydə alınmışdır. Hazırda həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməli, Borclu adına olan «Hyundai Santafe» minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Borclu adına olan «Hyundai Santafe» minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-293/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-293/2022
03.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver