Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-295/2022 09.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-3559/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icaatın dayandırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla Quba Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-3559/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icaatın dayandırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)- 3559/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə Borclu xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021 -ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tələbkar X6 verilməlidir. Borclu: Borclu 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunan icra sənədi ilə bağlı 219986/21 saylı icra işi açılaraq, xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbin könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Borclu yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Quba rayon polis şöbəsində Borclu barəsində xx.xx.2022-ci il tarixdə 560062/22 nömrəli axtarış işi açılmışdır. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-3559/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraat dayandırılmalıdır Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, iş üzrə tələbkar X8 və Borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırki işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, iş üzrə tələbkar X4 və Borclu iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nurəddin Əmrullayevin verdiyi təqdimat təmin edilməli və Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-3559/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat, iş üzrə Borclu oğlunun yeri müəyyən edilənədək, dayandırılmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli sənəddən görünür ki, Quba rayon polis şöbəsində Borclu barəsində xx.xx.2022-ci il tarixdə 560062/22 nömrəli axtarış işi açılmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanununun 19.1.2-ci maddəsinə əsasən borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək, yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Abşeron Rayon Məhkəməsinin 2(012)-3559/2021 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədi üzrə icraat dayandırılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-295/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-295/2022
09.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver