Məhkəmə qərarları › İş №8(027)-296/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-296/2022

04.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-296/2022 04.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 qızının katibliyi ilə, Quba rayon X5 Rayon Məhkəməsinin 2(027)-1090/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsinin izah edilməsi barədə verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Quba Rayon Məhkəməsinin 2(027)-1090/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsinə əsasən X3 xx.xx.2019-cu ildə X1 doğulmuş Angelina Ayvazovnanın atası hesab edilməsinə dair xx.xx.2019-cu il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş və həmin tarixli 88 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Hazırda Quba rayon X10 Rayon Məhkəməsinin 2(027)-1090/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsinin izah olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1090/2022-ci il nömrəli qətnaməsinin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin icra olunması məqsədilə məhkəmə qətnaməsinin nəticə hissəsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1090/2022-ci il nömrəli qətnaməsi ilə X3 xx.xx.2019-cu ildə X1 doğulmuş Angelina Ayvazovnanın atası hesab edilməsinə dair xx.xx.2019-cu il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş və həmin tarixli 88 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamə etibarsız hesab edilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamə xx.xx.2022-ci il tarixli məktubla qanuni qüvvəyə mindiyindən icra olunduğu üçün Quba rayon qeydiyyat şöbəsinə göndərilmişdir. Lakin həmin qətnamənin “qət etdi” hissəsində anlaşılmazlıq olduğu üçün Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən qətnamənin icrasında çətinliklər yarandığı üçün qeyd olunan qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. Belə ki, qətnamənin “qət etdi” hissəsində atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qeyd olunsa da, Quba RQŞ tərəfindən qeydə alınmış xx.xx.2019-cu il tarixli 88 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydinin etibarsız hesab edilməsi və akt qeydi etibarsız hesab edildikdən sonra Quba RQŞ tərəfindən qeydə alınmış xx.xx.2019-cu il tarixli 236 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında uşağın ata adının və ata qrafasında atanın soyad, ad və ata adının nə kimi yazılması barədə müvafiq izah verilməsi zərurəti yaranmışdır. Quba rayon Qeydiyyat Şöbəsinə iclasın vaxtı və yeri barədə məlumat verilsə də, şöbənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə qeyd olunan məsələyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə izah edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1090/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsinə əsasən X3 xx.xx.2019-cu ildə X1 doğulmuş Angelina Ayvazovnanın atası hesab edilməsinə dair xx.xx.2019-cu il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş və həmin tarixli 88 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin etibarsız hesab edilmişdir, belə olan halda onu doğuran nəticələr şəhadətnamə etibarsızdırsa onu doğuran nəticələr yəni şəhadətnamənin verilməsinə əsas olan akt qeydi də etibarsızdır. Məhkəmə qətnaməsinə əsasən şəhadətnamə etibarsız hesab olunduğundan, iddiaçı X2 heç bir şəxslə nikahı olmadığından, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İddiaçı iddia ərizəsində və onun nümayəndəsi məhkəmə iclasdında uşağın əsl atasının X8 olduğunu qeyd etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1090/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu ildə doğulmuş Angelina Ayvazovanın atası hesab edilməsinə dair xx.xx.2019-cu il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş və həmin tarixli 88 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas olan 05 dekabr 2019-cu il tarixli 88 nömrəli akt qeydi etibarsız hesab edilməli, ona yeni doğum haqqında şəhadətnamə verilərkən xx.xx.2019-cu ildə doğulması, soyadı Ayvazova, adı Angelina, ata adı Samed, doğulduğum yer Quba rayonu, Qırmızı qəsəbə, ata adı X6, ana adı X4 kimi qeyd olunaraq yeni şəhadətnamənin verilməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230.4 və 230.5-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizə təmin olunsun. Quba Rayon Məhkəməsinin 2(027)-1090/2022 saylı, 04 may 2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu ildə doğulmuş Angelina Ayvazovanın atası hesab edilməsinə dair xx.xx.2019-cu il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş və həmin tarixli 88 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas olan 05 dekabr 2019-cu il tarixli 88 nömrəli akt qeydi etibarsız hesab edilməli, ona yeni doğum haqqında şəhadətnamə verilərkən xx.xx.2019-cu ildə doğulması, soyadı Ayvazova, adı Angelina, ata adı Samed, doğulduğum yer Quba rayonu, Qırmızı qəsəbə, ata adı X6, ana adı X4 kimi qeyd edilərək adına yeni şəhadətnamə verilməsi kimi başa düşülsün. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar