Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-297/2022 08.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, X1 Rayon Məhkəməsinin icraatında olmuş mülkiyyətində olan «Mersedes Bens B170 minik» markalı, **-MX-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə tədbiq edilmiş məhdudiyyətin götürülməsi barədə ərizəsinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X4 mülkiyyətində olan «Mersedes Bens B170 minik» markalı, **-MX-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə tədbiq edilmiş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 567/2020 saylı qətnaməsi ilə iddiaçı X8 ona və qeyrilərinə qarşı miras əmlaka payların müəyyən edilməsi, Quba rayonu Bərqov kəndində yerləşən X7 adına olan 0,93 ha torpaq sahəsinin 1/5 hissəsinə onun mülkiyyət hüququnun tanınması, torpağın bir hissəsi cavabdehlər (vərəsələr) arasında 1/5 olmaqla mülkiyyətə verilməsi, qızıl-zinət əşyaların vərəsələr arasında bərabər bölünməsi, qızıl-zinət əşyaları olmadıqda cavabdehlərdən (vərəsələrdən) onun xeyrinə müştərək qaydada qızıl-zinət əşyalarının dəyərinin 1/5 hissəsi, yəni 3600 manat tutulması, Quba rayonu Bərqov kəndində 0,25 ha torpaq sahəsində tikilmiş X7 adına olan evin 1/5 hissəsinin onun mülkiyyətinə verilməsi, evin qalan hissəsinin cavabdehlərin (vərəsələrin) hər birinə 1/5 pay olnmaqla mülkiyyətinə verilməsi, onun mülkiyyətində olan “ Mersedes” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyət haqqında şəhadfətnaməsinin ləğv edilməsi, həmin avtomobilə payların müəyyən edilməsi, avtomobilin 1/5 hissəsi onun, digər hissəsi isə vərəsələr arasında 1/5 pay olmaqla mülkiyyətlərinə verilməsi barədə iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)- 2747/2020 saylı qətnaməsi ilə iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda mülkiyyətiındə olan “ Mersedes” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomaşını özgəninkiləşdirmək istərkən məlum olmuşdur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə qeyd olunan avtomobilə məhdudiyyət tətbiq edilmişdir. Yuxarıda göstərildiyi kimi X8 iddiası, o cümlədən mülkiyyətiində olan “Mersedes” markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobiləolan iddiası rədd edilmişdir. Görünür ki, həmin vaxt məhkəmə tərəfindən iddianın təmini məqsədi ilə avtomobilə məhdudiyyət tətbiq edilmişdir. Göstərilənlərə əsasən mülkiyyətində olan «Mersedes Bens B170 minik» markalı, **-MX-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə tədbiq edilmiş məhdudiyyətin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, X4 və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-567/2020 saylı qətnaməsi ilə iddiaçı X8 cavabdehlər X9, X10, X11, X13 və X3 qarşı miras əmlaka payların müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)- 2747/2020 saylı qətnaməsi ilə iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-567/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdı. Quba Rayon Məhkəməsinin icraatında olmuş 2(027)-567/2020 saylı mülki işin materiallarından görünür ki, X2 mülkiyyətində olan «Mersedes Bens B170 minik» markalı, **-MX- *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə xx.xx.2020-ci il tarixdə, ümumiyyətlə işə baxılan zaman, hər hansı bir məhdudiyyət və yaxud həbs qoyulmamışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə X2 mülkiyyətində olan «Mersedes Bens B170 minik» markalı, **-MX-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə tədbiq edilmiş məhdudiyyətin götürülməsi barədə ərizəsinin təmin edilməməsini qanuna uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 mülkiyyətində olan «Mersedes Bens B170 minik» markalı, **-MX-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə tədbiq edilmiş məhdudiyyətin götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-297/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-297/2022
08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver