Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-297/2024 25.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Quba rayon məhkəməsi tərəfindən verilmiş e-2(027)-988/2022 saylı, 18 aprel 2022-cı il tarixli icra sənədinin geri qaytarılması barədə 05 iyun 2023-cü il tarixli qərarından tələbkar "xxxx" ASC-nin şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon məhkəməsi tərəfindən verilmiş e-2(027)-988/2022 saylı, 18 aprel 2022-cı il tarixli icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin məhkəməyə qaytarılması barədə 05 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar "xxxx" ASC ərizəsində göstərmişdir ki, Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytanması haqqında qərarı ilə iddiaçı "‘Rabitəbank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsasında çıxarılmış Quba rayon məhkəməsinin e-2(027)-988/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə üzrə verilmiş icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. İcra məmurunun qərarı tamamilə qanunsuz və əsassız, həmçinin "Rabitəbank” ASC-nin mənafelərinə ziddir. Belə ki, icra məmuru öz əsassız qərarını əsaslandırarkən tələbin yönəldə biləcəyi əmlakın olmamasını əsaslandırmışdır. İcra qurumu tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barədə heç bir sorğu edilməmişdir. Borcluların iş yerləri, Azərbaycan Respublikasının hüdudlarından gediş gəlişlərinin məhdudlaşdırılması, əmlaklarının olub-olmaması, məcburi gətirilmələri barədə heç bir tədbir görülməmişdir. Bundan başqa, Cavabdeh1 zamini Cavabdeh2 FHN-nin Quba rayon DYMH-də işləyir. Quba rayon tcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytanması barədə qərarının ləğv edilməsi icra sənədi üzrə icraatın davam etdirilməsi labüddür. Qərar rəsmi qaydada xx.xx.2024-cü il tarixində "xxxx" ASC-yə çatmışdır. Odur ki, qərardaddan şikayət verilməsi üçün müəyyən edilmiş müddət ötürülməmişdir. Tələbkar "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkar "xxxx" ASC-nin nümayəndəsi və Quba rayon İcra və probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, hazırkı işə tələbkarın nümayəndəsinin və Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Quba rayon məhkəməsi tərəfindən e-2(027)-988/2022 saylı, 18 aprel 2022-cı il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixli, QUFS-5024 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1178,63 manat, faiz borcuna görə 409,75 manat, cəmi 1588,38 manat məbləğində pul və 35,89 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Belə ki, “İcra sənədinin məhkəməyə qaytarılması” barədə 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, borclu xx.xx.2019-cu il tarixli, QUFS-5024 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1178,63 manat, faiz borcuna görə 409,75 manat, cəmi 1588,38 manat məbləğində pul və 35,89 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borcluların əmlak və gəlirlərini müəyyən etmək üçün müvafiq orqanlara sorğular verilmiş o cümlədən əmlaklarına baxış keçirilmişdir. Lakin görülmüş tədbirlər nəticə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Quba rayon məhkəməsi tərəfindən verilmiş e-2(027)-988/2022 saylı, 18 aprel 2022-cı il tarixli icra sənədi üzrə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 05 iyun 2023-cü il tarixli qərarı ilə məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda, icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclular tərəfindən tələbkarın hesabına 1304.45 manat məbləğində pul vəsaiti ödənilməli, lakin icra sənədi üzrə tələb təmin edilməmiş, icra məmuru icra sənədi üzrə icra sənədinin icrası ilə əlaqədar müvafiq icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq iş üzrə tələbin tam olaraq təmin edilməsinin mümkün olmadığını əsas gətirərək, icra sənədini məhkəməyə qaytarmaqda haqlı olmamışdır. Belə ki, müvafiq icra tədbirlərinin nədə ifadə olunması qeyd və icraya nail olunması baxımından həmin tədbirlərin təkrarlanması mümkünsüzlüyü qeyd edilməmişdir. Ona görə də qeyd edilən “icra sənədinin qaytarılması haqqında” 05 iyun 2023-cü il tarixli qərar ləğv edilməli və Quba rayon məhkəməsi tərəfindən verilmiş e-2(027)-988/2022 saylı, 18 aprel 2022-cı il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Quba rayon İcra Şöbəsinin icra məmuru X1 Quba rayon məhkəməsi tərəfindən verilmiş e-2(027)-988/2022 saylı, 18 aprel 2022-cı il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə 05 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. Quba rayon məhkəməsi tərəfindən verilmiş e-2(027)-988/2022 saylı, 18 aprel 2022-cı il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-297/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-297/2024
25.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver