Məhkəmə qərarları › İş №8(027)-30/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-30/2024

26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-30/2024 26.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nurəddin Əmrullayevin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nurəddin Əmrullayev təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e-2(027)-443 saylı icra sənədinə əsasən Borclu ümumilikdə 3366,72 manat və 53,67 manat məbləğində dövlət dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin hesabına köçürülməlidir. Həmin Məhkəmə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, e- 2(027)-267 saylı icra sənədinə əsasən Borclu cəmi 8262,40 manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 105 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASCnin xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədləri üzrə 78512/23 və 62792/23 saylı icra işləri açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Lakin, Borclu bu zamana kimi tələbi təmin etməmişdir. Yaranmış borcların ödətdirilməsi, borclunun icra sənədlərinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır.. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1.1- ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(027)-267/2023 saylı icra sənədindən görünür ki, Borclu 6856,61 manat əsas, 1382,79 manat faiz, 23 manat cərimə olmaqla, cəmi 8262,40 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 105 manat məbləğində vəsait iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)- 443/2023 saylı icra sənədindən görünür ki, Borclu xx.xx.2022-ci il tarixli, RGTK4980888A107 saylı kredit müqaviləsinə əsasən 2895,41 manat əsas və 471,31 manat faiz borcu olmaqla, cəmi 3366,72 manat pul vəsaiti və 53,67 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmusdur. İş materiallarından görünür ki, qeyd olunan icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. Hazırda isə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nurəddin Əmrullayev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli, Quba rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(027)-443 saylı və xx.xx.2023-cü il tarixli e-2(027)-267/2023 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(027)-443 saylı və xx.xx.2023-cü il tarixli e-2(027)-267/2023 saylı icra sənədlərinə əsasən iş üzrə borclu Quba rayonu, Qələdüz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar