Məhkəmə qərarları › İş №8(027)-30/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-30/2025

26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-30/2025 26.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 nümayəndəsi X4, Maraqlı şəxs Borclu iştirakı ilə, X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-451/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi ilə 18 iyun 2010-cu il təvəllüdlü X8, 18 iyun 2010-cu il təvəllüdlü X6 və 25 iyul 2013-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh (borclu) Borclu onun xeyrinə hər ay, hər uşağa görə tutulan 140 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Borclu ilə 13 sentyabr 2009-cu il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşlar. Birgə nikahlarından 18 iyun 2010-cu il təvəllüdlü X12, 18 iyun 2010-cu il təvəllüdlü X11 və 25 iyul 2013-cu il təvəllüdlü X13 adlı övladları doğulmuşdur. Borclu ilə münasibətləri pozulduğu üçün aralarında olan nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-451/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Borclu ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqlarının onun yanında saxlanması və yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-451/2022 saylı, 11,05.2022-ci il tarixli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş cəmi 420 manat məbləğində alimentlə 3 uşaq saxlamaq çox çətindir. Qeyd edilən məbləğ 3 uşağın bir aylıq təhsil xərclərini belə ödəmir. Övladlarından Fatimə və İsgəndər universitet imtahanlarına hazırlaşmaq üçün ödənişli dərslər alırlar. Uşaqların təhsili, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və uşaqların digər tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Hazırkı vəziyyətdə borclu tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq məhkəmədən kənar qaydada Borclu ilə məsələnin həll edilməsi üçün mediasiyaya müraciət etsə də, o, ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21 yanvar 2025-ci il tarixli arayış verilmişdir. Ona görə də alimentin məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-451/2022 saylı qətnaməsi ilə bir uşaq üçün alimentin məbləği 140 manat məbləğində müəyyən edilmişdir. 140 manat məbləğində aliment 2022-ci il üçün minimum əmək haqqının 0,47 misli həddində olmuşdur. İndeksasiya da ən azından müvafiq həddə aparılmalıdır. Məhkəmə iclasında ərizəçi nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahatında bildirmişdir ki, minimum əməhaqqı 400 manat təşkil edir, onun üç uşağa görə müəyyən olunmuş aliment məbləğini ödəmək imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(027)-451/2022 saylı qətnaməsindən görünür ki, X10 ilə Borclu arasında xx.xx.2009-ci il tarixdə Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən həmin tarixli 32 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 18 iyun 2010-cu il təvəllüdlü X12, 18 iyun 2010-cu il təvəllüdlü X11 və 25 iyul 2013-cu il təvəllüdlü X13 adlı uşaqları anaları X5 himayəsində qalmış və nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 18 iyun 2010-cu il təvəllüdlü X12, 18 iyun 2010-cu il təvəllüdlü X11 və 25 iyul 2013-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün 29.12,2021 -ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment Borclu tutularaq X7 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023-cü il üzrə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat və 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli2(027)-451/2022 saylı qətnaməsinə əsasən 18 iyun 2010-cu il təvəllüdlü X12, 18 iyun 2010-cu il təvəllüdlü X11 və 25 iyul 2013-cu il təvəllüdlü X1 üçün müəyyən olunmuş aliment məbləği 2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 23 yanvar 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-451/2022 saylı qətnaməsinə əsasən 18 iyun 2010-cu il təvəllüdlü X12, 18 iyun 2010-cu il təvəllüdlü X11 və 25 iyul 2013-cu il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,47 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar