Məhkəmə qərarları › İş №8(027)-304/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-304/2022

05.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-304/2022 05.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayev təqdimat ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 8(027)-560/2017 saylı, 03 iyul 2017-ci il tarixli qərardadı ilə Borclu1 Asif oğluna məxsus “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu2 məxsus “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş 23 may 2016-cı il tarixli, 2(027)-2985/2016 saylı icra sənədinə əsasən X1, Borclu1 və Borclu2 cəmi 3774 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş və 3032/2016 saylı icra işi açılmışdır. Eyni zamanda iş üzrə borclulara tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin borclular tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməmişlər. Ona görə də tələbin borclular Borclu1 Asif oğluna məxsus “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu2 məxsus “VAZ-21074” markalı, **-BK- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə yönəldilməsi üçün Quba rayon məhkəməsinə təqdimat verilmiş və həmin məhkəmənin 8(027)-560/2017 saylı, 03 iyul 2017-ci il tarixli qərardadına əsasən həmin avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. İcraat zamanı iş üzrə tələbkar "xxxx" ASC-nin məktubla şöbəyə müraciət edərək borclular tərəfindən tələbin tam təmin edildiyini bildirmişdir. Ona görə də 27 iyul 2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən, Borclu1 Asif oğluna məxsus “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu2 məxsus “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş olunmuşdur. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon məhkəməsi tərəfindən verilmiş 23 may 2016-cı il tarixli, 2(027)-2985/2016 saylı icra sənədinə əsasən X1, Borclu1 və Borclu2 cəmi 3774 manat məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Quba Rayon Məhkəməsinin 8(027)-560/2017 saylı, 03 iyul 2017-ci il tarixli qərardadına əsasən Borclu1 Asif oğluna məxsus “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu2 məxsus “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin ərizəsindən görünür ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş 23 may 2016-cı il tarixli, 2(027)-2985/2016 saylı icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Quba Rayon İcra və probasiya şöbəsinin 27 iyul 2022-ci il tarixli qərarına əsasən, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 23 may 2016-cı il tarixli, 2(027)-2985/2016 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 8(027)- 560/2017 saylı, 03 iyul 2017-ci il tarixli qərardadı ilə Borclu1 Asif oğluna məxsus “VAZ- 2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu2 məxsus “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-560/2017 saylı, 03 iyul 2017-ci il tarixli qərardadı ilə Borclu1 Asif oğluna məxsus “VAZ-2106” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və Borclu2 məxsus “VAZ-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar