Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-304/2023 26.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İş üzrə Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu Quba rayonu, Üçgün kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon icra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli, e- 2(027)-2764/2022 saylı icra sənədi üzrə borclu Quba rayonu, Üçgün kəndində yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. icra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun Quba Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iş üzrə Borclu Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən nə rəsmi qaydada nə də ki, qeyri rəsmi qaydada şöbəyə dəvət edilmədiyini, dəvət edildiyi vaxt isə çağrışa gedəcəyini bildirmişdir. Təqdimatın təmin olunmamasını xahiş etdi. İş üzrə tələbkar "xxxx" MMC teleqram göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına iştirakları olmadan baxılmasına etirazının olmadığını göstərmişdir. İş üzrə Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə Borclu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-2764/2022 saylı icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Milano Mobilya- Themza çarpayı, matras standart üçün 563,5 (beş yüz altmış üç manat, əlli qəpik) manat ödənilməmiş hissə, 56,5 (əlli altı manat, əlli qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********63206 Samsung Galaxy A12 markalı telefon üçün 390 (üç yüz doxsan) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********01334 Samsung Galaxy A02 markalı telefon üçün 211 (iki yüz on bir) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə olmaqla, ümumilikdə, 1281 manat borc, 32,81 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. Həmin bildirişdə Borclu icra sənədində göstərilən tələbin dərhal icra edilməsi barədə xəbərdar olunması göstərilmişdir. İş materialları ilə Borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun çağırışına gəlməkdən üzrsüz səbəb olmadan yayınması sübut olunmur. Ona görə də təqdimat təmin edilməməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-304/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-304/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver