Məhkəmə qərarları › İş №8(027)-309/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-309/2023

24.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-309/2023 24.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Borclu iştirakı ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 borclu Quba şəhəri, Ə.Nərimanov küçəsi, ev 39 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1329/2021 saylı icra sənədinə əsasən, Borclu cəmi 35652.20 (otuz beş min altı yüz əlli iki manat iyirmi qəpik) məbləğində pul alınaraq Tələbkar1, mənəvi ziyana görə 200 (iki yüz) manat məbləğində pul alınaraq Tələbkar2 və mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq Tələbkar3 hesabına köçürülməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Quba Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bildirir ki, Borclu icra sənədində göstərilən məbləğdən tələbkarların xeyrinə bu günə kimi heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında Borclun müəyyən ödənişlər ediləcəyini bildirmiş və təqdimatın təmin olunmasına etiraz etməmişdir. İş materiallarında olan, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1329/2021 saylı icra sənədinə əsasən cavabdeh Borclu cəmi 35652.20 (otuz beş min altı yüz əlli iki manat iyirmi qəpik) məbləğində pul alınaraq Tələbkar1, mənəvi ziyana görə 200 (iki yüz) manat məbləğində pul alınaraq Tələbkar2 və mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq Tələbkar3 hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmiş, bildirişi şəxsən Borclu xx.xx.2023-cü il tarixində qəbul edərək imzalamışdır. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən borcluya şəxsən təqdim edilmiş tələbin könüllü icrası barədə bildirişi, hazırda borclunun icra sənədini icra etməkdən yayınmasını nəzərə alaraq belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən Borclu ölkə ərazisini tərk edəcəyi təqdirdə qeyd edilən icra sənədinin icra olunmama mümkünlüyünü nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-220/2022 saylı icra sənədi üzrə borclu xx xxxxxx 1989-cu ildə doğulmuş, ünvan 1 ünvanda yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar