Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-316/2023 28.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə Quba rayon İcra Şöbəsinin icra məmuru X1 borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus əmlakı üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərfindən verilmiş 2(027)-2072/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən qeyd olunan cehiz əmlakları və ya onların dəyəri Borclu alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Quba rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan Quba rayonu, Səbətlər kəndində yerləşən, 0.06 ha həyətyanı və 0.01 ha sahibkarlıq üzrə torpaq sahələri mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunur. Məhkəmə iclasında iş üzrə Tələbkar bildirmişdir ki, borcluya məxsus sözügedən torpaq sahələrinin üzərinə həbs qoyularsa tələbi təmin edilmiş olar. Təqdimatın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, borclu və Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, tələbakarı dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, qeyd olunan qanun normalarına əsaslanaraq, hesab edir ki, təqdimat əsassızdır və əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-2072/22 saylı icra sənədində əsasən qeyd olunan cehiz əmlakları və ya onların dəyəri Borclu alınaraq Tələbkar verilməlidir. Təqdimata əlavə edilmiş Borclu elektron formada şəxsi məlumatlarının çıxarışından görünür ki, Borclu mülkiyyətində Quba rayonu, Səbətlər kəndində 0,01 ha həyətyanı və 0,06 ha torpaq sahələrinin olduğu göstərilmişdir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmişdir. Lakin işdə Borclu həmin bildirişi alması barədə hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.3-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərinin və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Bu Qanunun 45.4-cü maddəsinə əsasən borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. Qeyd olunan Qanunun 49.1-ci maddəsinə əsasən isə fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Yuxarıda istinad olunan qanun normalarının tələbinə əsasən əmlak üzərinə həbs qoyulması ilə bağlı icra məmuru borclunun hansı əmlaklarının mövcud olmasını, bu əmlaklardan tələbin yönəldilməsinə yol verilən əmlaklarının olub-olmasını müəyyən etməli, təqdimatında həbs qoyula bilən əmlakın adını və harada yerləşməsini, əmlak üzərinə həbs qoyulmasının tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakların mühafizəsinin təmin etmək, yoxsa borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün lazım olduğunu göstərməli, həmin əmlakın hər hansı hüquqla borcluya məxsus olmasını təsdiq edən sənədləri təqdimata əlavə etməklə məhkəməyə təqdim etməli idi. Lakin icra məmurunun təqdimatında borclunun həbs qoyula biləcək əmlakının hansı hüquqla borcluya məxsus olması, həmin əmlak üzərinə həbs qoyulmasının nə məqsədlə həyata keçirilməsinin zəruriliyi göstərilməmiş, əmlakın borcluya məxsus olmasını təsdiq edən sənədlər təqdimata əlavə olunmamış, əmlak üzərinə həbs qoyulmasının zəruriliyi əsaslandırılmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45, 49-50-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-316/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-316/2023
28.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver