Məhkəmə qərarları › İş №8(027)-32/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-32/2024

04.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-32/2024 04.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli, e-2(027)-1333/2023 saylı və X3 Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i-2478 saylı icra sənədləri üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Alpan kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(027)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli, e-2(027)-1333/2023 saylı və X3 Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i-2478 saylı icra sənədləri üzrə Borclu məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və Probasiya şöbəsi və tələbkarlar nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə təqdimat vermiş orqanın və tələbkarların nümayəndəsinin, habelə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin olunmalıdır. İş sənədlərində olan Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1011/2023 saylı icra sənədinə əsasən Borclu 4650 manat məbləğində əsas borc və 67.60 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin hesabına ödənilməlidir. İş sənədlərində olan Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1333/2023 saylı icra sənədinə əsasən Borclu 3310.90 manat məbləğində əsas borc və 53.93 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" QSC-nin hesabına ödənilməlidir. İş sənədlərində olan X3 Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i-2478 saylı icra qeydinə əsasən, Borclu 1264.74 manat məbləğində əsas borc və 25 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, Borclu Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)- 1011/2023 saylı, xx.xx.2023-cü il tarixli, e-2(027)-1333/2023 saylı və X3 Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i-2478 saylı icra sənədləri üzrə tələbi üzürsüz səbəbdən icra etməyəcəyi halda barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərnamənin surətindən göründüyü kimi, Elvin Əlisultan oğluna ünvanlanmış bildirişlər digər qaydada imzalanaraq qəbul edilmişdir. Buna baxmayaraq o icra məmurunun çağırışlarından yayınaraq, tələbin könüllü icrasını yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən icra sənədilərinin icrasının təmin olunması üçün təqdimat təmin edilməli, borclu Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməli və icrası Quba rayon Polis şöbəsinə həvalə edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(027)-1011/2023 saylı, xx.xx.2023-cü il tarixli, e-2(027)-1333/2023 saylı və X3 Xidmət Mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8i-2478 saylı icra sənədləri üzrə borclu, Quba rayonu, Alpan kəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar