Məhkəmə qərarları › İş №8(027)-320/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-320/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-320/2023 31.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Quba rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədi üzrə X1nın Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədi üzrə X1 Quba rayon İcra Şöbəsinin icra məmuru X10 14 fevral 2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədi üzrə icra sənədinin məhkəməyə qaytarılması barədə 26 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. X1 ərizəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(027)- 235/2018 saylı qətnaməsinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2017-ci il tarixindən başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin X4 tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş, icra sənədi icra edilməsi üçün Quba rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin, icra sənədi bu günə qədər icra edilməmişdir Belə ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə Quba rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanmışdır. Lakin, icra məmuru Vahid Məmmədov onun ərizə ilə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etdiyini əsas gətirərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsini rəhbər tutaraq Quba Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədini məhkəməyə geri qaytarmışdır. Hesab edir ki, Quba rayon icra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun icra sənədinin məhkəməyə qaytarılması barədə 26 aprel 2021-ci il tarixli qərarı əsassızdır, ləğv edilməlidir və icra sənədi icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə təkrar göndərilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, X6 və Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırkı işə X3 və Quba rayon İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Quba Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədi üzrə X1nın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, “İcra sənədinin məhkəməyə qaytarılması” barədə 26 aprel 2021-ci il tarixli qərarından görünür ki, Quba Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədinə əsasən “Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində aliment borclu X4 tutularaq, X1na verilməsi” qət edildiyi, iş üzrə X1 xx.xx.2021-ci il tarixli ərizəsi ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, Quba Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədinin geri qaytarılmasını xahiş etmiş və xx.xx.2021-ci il tarixdə icra məmuru X14 tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd edilən Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun “icra sənədinin qaytarılması haqqında” 26 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi üşün əsas yoxdur. Belə ki, qeyd edilən qərar tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə qaytarılmışdır. Nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilməli olduğundan, məhkəmə hesab edir ki, ərizə Quba rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməsi hissəsində təmin olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət ərizəsi qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(027)-235/2018 saylı icra sənədi yenidən icraya yönəldilsin. Ərizə digər hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar