Məhkəmə qərarları › İş №8(027)-321/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-321/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-321/2023 31.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X12 oğlunun katibliyi, X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(027)-199/2018 saylı icra sənədi üzrə X1nın Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Vasif Kazımovun icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(027)-199/2018 saylı icra sənədi üzrə X1 Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Vasif Kazımovun 27 aprel 2018-ci il tarixli, 2(027)-199/2018 saylı icra sənədi üzrə icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə 16 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. X1 ərizəsində göstərmişdir ki, cavabdeh X8 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Quba Rayon Məhkəməsinin 2(027)-199/2018 saylı, 27 aprel 2018-ci il tarixli qətnməsi ilə iddia təmin edilmişdir. Quba Rayon məhkəməsinin 2(027)-199/2018 saylı, 27 aprel 2018-ci il tarixli qətnməsi qanuni qüvvəyə minmişdir. Lakin cavabdehin qeydiyyat ünvanı Gəncə şəhəri olduğu üçün qətnamə icra olunması üçün Gəncə şəhər icra idarəsinə göndərilmişdir. Bundan sonra o alimentlə bağlı mübahisə yarandığı təqdirdə Gəncə şəhər icra İdarəsinə gedib gələ bilmədiyi üçün məhkəməyə ərizə ilə müraciət edərək işin qaytarılmasını və icra olunması üçün Quba rayon icra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Gəncə şəhər İcra İdarəsinin 16 may 2019-cu il tarixli qərarı ilə Quba Rayon məhkəməsinin 2(027)- 199/2018 saylı, 27 aprel 2018-ci il tarixli icra sənədi məhkəməyə geri qaytarıİnışdır. Lakin bundan sonra icra tədbirləri həyata keçirilməmişdir. İcra sənədi Quba rayon İcra və Probasiya şöbəsinə verilməmiş icra hərəkətləri davam etdirilməmişdir. Hazırda cavabdeh uşaqların haqqı olan alimenti vaxtı-vaxtında ödəmir. Alimentlə bağlı borc yığılıb qalmışdır. Göstərilənləri nəzərə alaraq, Quba Rayon Məhkəməsinin 2(027)-199/2018 saylı, 27 aprel 2018-ci il tarixli icra sənədinin icra edilməsi üçün yenidən icra şöbəsinə göndərilməsini xahiş edir. Çünki icra məmuru tərəfindən icra işi həyata keçirilən icra işini təşkil etmək icra məmurunun qanunvericilikdə nəzərdə tutulmuş vəzifəsidir. Tələbkarın işi ilə maraqlanıb-maraqlanmamasından asılı olmayaraq icra sənədi icraatına daxil olan icra məmuru icra hərəkətlərini başlamalı və müvafiq tədbirlər görməlidir. Məhkəmədə X5 ərizənin təmin edilməsi və icra sənədinin məhkəməyə qaytarılması barədə 16 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra sənədi üzrə tələbkarın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(027)- 199/2018 saylı qətnaməsinə əsasən, iddia təmin olunmuş; X5 ilə X13 arasında 05 noyabr 2013-cü tarixdə bağlanmış nikah pozulması; nikah pozularkən tərəflərin birgə nikahından 02 mart 2010-cli ildə doğulmuş Həşimov isa Şaiq oğlu, 14 noyabr 2013-cü il tarixdə doğulmuş X11 və 14 noyabr 2013-cü il tarixdə doğulmuş X14 anaları X3 yanında saxlanılması; 02 mart 2010-cu ildə doğulmuş Həşimov isa Şaiq oğlu, 14 noyabr 2013-cü il tarixdə doğulmuş X11 və 14 noyabr 2013~cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə ayda 80 manat olmaqla, X6 hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq, X4 ödənilməsi qət edilmişdir. “İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə 16 may 2019-cu il tarixli qərarının surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(027)- 199/2018 saylı icra sənədinə əsasən” X6 hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq, X1na ödənilməsi qət edildiyi icra sənədi iş üzrə X1 xx.xx.2019-cu il tarixli ərizə ilə icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd edilən Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Quba rayon İcra şöbəsinin icra məmuru Vasif Kazımovun “icra sənədinin qaytarılması haqqında” 16 may 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, qeyd edilən qərar tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə qaytarılmışdır. Nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilməli olduğundan, məhkəmə hesab edir ki, ərizə Quba rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(027)-199/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməsi hissəsində təmin olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət ərizəsi qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(027)-199/2018 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar