Məhkəmə qərarları › İş №8(027)-324/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-324/2024

14.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-324/2024 14.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu X1 ərizəsini nəzərdən keçirib, müəyyən etdim: X2 məhkəməyə müraciət edərək, Quba Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması” barədə qərarının ləğv edilməsi və icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədən görünür ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi (bundan sonra Azərbaycan Respublikası MPM) ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə ərizəçinin tələbi göstərilməli, bu tələb dəqiq, aydın və birmənalı başa düşülən olmalıdır. Lakin ərizəçi ərizəsində tələbi dəqiq, aydın və birmənalı göstərməmişdir. Həmçinin ərizəçi ləğv edilməsini xahiş etdiyi Quba Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “icra sənədinin qaytarılması” barədə qərarın surətini ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264 və 266-268-cı maddələrini rəhbər tutaraq qərara aldım : X1 ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar