Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-325/2024 22.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1982/2022 saylı icra sənədi üzrə X1 Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 icra sənədinin məhkəməyə və ya digər orqana qayatarılması barədə xx.xx.2017-ci il tarixli qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixli “icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarının ləğv edilməsi və Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1982/2022 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsini icra olunması üçün yenidən Quba Rayon İcra və Probasiya şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)- 1982/2022 saylı icra sənədinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh X6 hər ay 2 uşağa görə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Aralarında şərtli barışığ olduğundan ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək icra sənədinin geriyə qaytarılmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır.Hal-hazırda ayrı yaşayırıq. Övladlarına aliment ödəmir. Məktəbli uşaqlar onun yanındadır. Rəşad Məcidov övladları ilə maraqlanmır. Onlara maddi və mənəvi dəstək göstərmir. Onlar ayrı yaşayırlar, ailə münasibətləri yoxdur. Cavabdeh övladlarına bu vaxta kimi heç bir məbləğdə aliment ödənişi etməyib və heç bir yardım göstərmir. Məktəb xərcləri ödəyə bilmir. Özü də işsizdir. Anasının yanında qalır. Bu səbəbdən də Quba rayon İcra və Probasiya Şöbəsinin 06 fevral 2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarını ləğv edib Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1982/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X9 izahatında bildirmişdir ki, X10 borcun ödəmədiyini bildirmiş və ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə borclunun , Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. “İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İcra sənədi üzrə xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 21,07.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment borcu borclu X6 alınaraq tələbkar X4 verilməlidir. İcraat zamanı iş üzrə tələbkar X8 ərizə ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)- 1982/2022 saylı icra sənədinin Quba Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən və “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsini rəhbər tutaraq icra sənədi icra olunmadan məhkəməyə geri qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Qeyd edilən Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, qeyd edilən qərar tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə qaytarılmışdır. Nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilməli olduğundan, məhkəmə hesab edir ki, ərizə Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1982/2022 saylı icra sənədinin yenidən icraya yönəldilməsi hissəsində təmin olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1982/2022 saylı icra sənədi yenidən icraya yönəldilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-325/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-325/2024
22.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver