Məhkəmə qərarları › İş №8(027)-33/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-33/2025

03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-33/2025 03.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X3 tərəfindən qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiya edilməsi barəsində ərizəsinə baxaraq, müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 975/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 tutulan hər ay uşağa görə tutulan 200 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq X5 mənim xeyrimə sonrakı artımlar nəzərə alınmaqla hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli həddində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan hüquq normasının tələblərinə əsasən X3 məhkəməyə ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-975/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 tutulan hər ay uşağa görə tutulan 200 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq X5 mənim xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində müəyyən edilməsi barədə qərardad qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-975/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X5 xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Hacıbalayeva (Hüseynova) Kəmalə Ağaverdi qızına ödənilməsi qət edilmişdir. Hesab edir ki, onun xeyrinə X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 tutulan hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.58 mislində müəyyən edilməlidir. Ölkəmizdə bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdehin yüksək məbləğdə aliment ödəməyə malikdir. Ata kimi uşağını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aramızda alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. X3 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəf X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Minimum aylıq əmək haqqının məbləğinin artırılması” Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2022-ci il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 yanvar 2023- cü il tarixdən 345 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-975/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X5 xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq Hacıbalayeva (Hüseynova) Kəmalə Ağaverdi qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, alimentin tutulmasının başlanma tarixi 31 may 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla, uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli X5 Quba rayon Məhkəməsinin 2(027)-975/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının xx.xx.2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulduğu üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının qət edilmiş misli həddində sabit pul məbləğində aliment tutulması 19 fevral 2025-ci il tarixdən başlanmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün X2 artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya edilsin. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar