Məhkəmə qərarları › İş №8(027)-330/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-330/2022

29.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-330/2022 29.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X11 oğlunun katibliyi, X4 iştirakı ilə, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-98/2022 saylı icra sənədi üzrə X1nın Maraqlı şəxs icra məmuru X2 icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 13 iyul 2022-ci il tarixli qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə M ü ə y y ə n e t d i: Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-98/2022 saylı icra sənədi üzrə X1 Maraqlı şəxs icra məmuru X2 icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 13 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə X5 ərizəsinin təmin edilməsi və Maraqlı şəxs icra məmuru X2 icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 13 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icraatın davam etdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X1 ərizəsində göstərmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-98/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi, aliment tutulmasının xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X6 onun himayəsinə faktiki verildiyi tarixdən hesablanması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-98/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqların onun himayəsində saxlanılması qət edilsə də, cavabdeh uşaqları ondan ayırmağa çalışmış, onu uşağları ilə hədələyərək, alimentdən imtina etməyinə vadar etmişdir, icra sənədinin icrası mərhələsində qeyd edilən ərizəni ona məcburi şəkildə yazdırmış və aralarında heç bir barışığ olmadığı üçün 24 iyun 2022-ci il tarixdə cavabdeh onu döymüş, məcbur edərək Maraqlı şəxsnə aparmışdır. Ona burada alimentdən imtina barədə ərizəni məcburi şəkildə,qorxudaraq yazdırmışdır. Cavabdeh “əgər ərizəni yazmasan, uşaq özünü maşının altına atacaq öldürəcək” deyərək onu hədələmişdir. Bundan sonra cavabdeh ona ərizə yazdırmış, onu aliment məbləğindən məcburi şəkildə məhrum etmişdir. Hazırda övladı xx.xx.2011 -ci il təvəllüdlü X13 ilə birlikdə valideynlərinin yanında qalır. Digər övladı xx.xx.2010-cu il təvəllüdlü X12 isə cavabdehin yanında məcburi şəkildə saxlanılır. Bununla da uşaqların onun yanında saxlanılması ilə bağlı Quba Rayon məhkəməsinin 2(027)-98/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədi faktiki olaraq icra edilməmiş qalmışdır. O övladı X7 həyatından narahatdır. Belə ki, cavabdeh mütəmadi olaraq spirtli içkidən istifadə edir, normal davranışlara malik deyil, Borclu onu mütəmadi olaraq döyərək təhqir edir. Bununla bağlı Quba Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı da vardır. Həmçinin Borclu başından travma almış, psixoloji problemləri vardır. Hazırda icra sənədinin icra edilməməsi onu oğlu Nahid Abıyevdən ayrı salmaq ilə yanaşı, digər övladı Fazil Abıyevin normal yaşayış səviyyəsinin təmin edilməməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən icra sənədinin yenidən icraya yönəldilməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi və X8 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırkı işə Maraqlı şəxs nümayəndəsinin və X16 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-98/2022 saylı icra sənədi üzrə X1nın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-98/2022 saylı icra sənədinə əsasən Borclu xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi, aliment tutulmasının xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X6 onun himayəsinə faktiki verildiyi tarixdən hesablanması qət edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-98/2022 saylı icra sənədi üzrə Maraqlı şəxs icra məmuru X2 icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 13 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-98/2022 saylı icra sənədi üzrə Maraqlı şəxs icra məmuru X2 icra sənədinin məhkəməyə və digər orqana qaytarılması haqqında 13 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-98/2022 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar