Məhkəmə qərarları › İş №8(027)-331/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-331/2023

24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-331/2023 24.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu Laçın rayonu, Qalaça kəndində yaşayan X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin e-2(027)- 152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı uşaqlar atası Tələbkarnun himayəsində və xx.xx.2013-cü il təvəllüdlü X10 isə anası X3 himayəsində qalmalıdır. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq,hər ay hər uşağa görə 80 manat olmaqla,ümumilikdə 160 manat sabit pul məbləğində aliment X2 tutularaq Tələbkar verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Quba rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X4 göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu X7 bu günə qədər Tələbkarnun xeyrinə aliment ödənişi etməmişdir. icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1.1- ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli e-2(027)-152/2023 saylı icra sənədindən görünür ki, Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X9 adlı uşaqlar atası Tələbkarnun himayəsində və xx.xx.2013-cü il təvəllüdlü X10 isə anası X3 himayəsində qalmalıdır. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022ci il tarixindən başlayaraq hər ay uşağa görə 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altımış) manat sabit pul məbləğində aliment X2 tutularaq Tələbkar verilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir Hazırda isə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-152/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə borclu X1 Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-152/2023 saylı icra sənədinə əsasən iş üzrə borclu Laçın rayonu, Qalaça kəndində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar