Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-335/2024 04.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)-2299/2015 saylı icra sənədinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixdə 8(027)-252/2024 saylı qərardadı ilə Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə "xxxx" ASC- nin ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)-2299/2015 saylı icra sənədi üzrə tələbkar "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-2299/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X1 cəmi 17743,17 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC nin xeyrinə tutulmalıdır. Quba Rayon Məhkəməsinin 8(027)-252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “Daewoo Nexia” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu məxsus avtomobilin üzərində həbsin qalmasına dair zərurət aradan qalxdıqdan “Daewoo Nexia” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə özgəninkiləşdirilməsinə dair hissədə qərardad ləğv olunmalı və avtomobilin üzərinə qoyulmuş məhdudiyyətlər götürülməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, tələbkar və təqdimat vermiş orqan oz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8(027)-252/2024 saylı qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-2299/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “Daewoo Nexia” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı və "Daewoo Espero" minik markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. "xxxx" ASC-nin PKİD-nin etibarnamə ilə səlahiyyətli nümayəndəsi Fərid Əhmədov xx.xx.2024-cü il tarixli, 5031 nömrəli ərizəylə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8(027)-252/2024 saylı qərardadına əsasən, Borclu məxsus avtomobilin üzərində həbsin qalmasına dair zərurət aradan qalxdığından “Daewoo Nexia” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair hissədə qərardadın ləğv olunmasını və avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun 20.1.1 ci bəndinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə tələbkarın qeyd edilən hissədə tələbdən imtinasını qəbul edərək, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8(027)-252/2024 saylı qərardadı Borclu məxsus “Daewoo Nexia” markalı **- US-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi və üzərinə qoyulmuş həbsin qoyulması hissəsində ləğv edilməli, Borclu məxsus “Daewoo Nexia” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8(027)-252/2024 saylı qərardadı ilə Borclu məxsus “Daewoo Nexia” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-335/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-335/2024
04.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver