Məhkəmə qərarları › İş №8(027)-34/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-34/2025

03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-34/2025 03.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 tərəfindən aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1612/2023 nömrəli qətnaməsi ilə (alimentin 2023-cü üdən tutulması nəzərə alınaraq), Maraqlı şəxs 17 sentyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat olan alimentin miqdarı artırılaraq, ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0,42 misli həddində indeksasiya olunaraq, (400 manat x 0,42=168 manat) olmaqla aliment təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1612/2023 nömrəli qətnaməsi ilə Maraqlı şəxs ilə onun arasında 17 oktyabr 2019-cu il tarixdə Quba regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 0985 nömrə ilə qeyd edilmiş nikah pozulması, həmin nikahdan olan 17 sentyabr 2020-ci il təvəllüdlü X7 onun yanında qalması müəyyən edilməsi və Maraqlı şəxs 17 sentyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İş üzrə tərəflər X3 və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 1612/2023 saylı qətnaməsindən görünür ki, Maraqlı şəxs ilə X4 arasında 17 oktyabr 2019-cu il tarixdə Quba regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 0985 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, həmin nikahdan olan 17 sentyabr 2020-ci il təvəllüdlü X7 anası-Zaidova (Həsənova) Səkinəxanım Taleh qıznın yanında qalması müəyyən edilmiş, Maraqlı şəxs 17 sentyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zaidova (Həsənova) Səkinəxanım Taleh qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023-cü il üzrə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat və 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1612/2023 saylı qətnaməsinə əsasən 17 sentyabr 2020-ci il təvəllüdlü X2 üçün müəyyən olunmuş aliment məbləği 2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,42 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 23 yanvar 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1612/2023 saylı qətnaməsinə əsasən 17 sentyabr 2020-ci il təvəllüdlü X2 üçün Maraqlı şəxs tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,42 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar