Məhkəmə qərarları › İş №8(027)-340/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-340/2023

14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-340/2023 14.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 borclu ünvan 2i ünvanında qeydiyyatda olan, Quba şəhəri Tutubikə küçəsi, ev 24 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(003)-200/2019 saylı icra sənədinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(003)-5557/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalıdır. xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 verilməlidir. Qeyd olunan icra sənədi üzrə 47940/19 saylı icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmiş, borclu bu günə kimi icra sənədinin icrasını qismən təmin etmişdir. Məlumat üçün bildirki icra sənədi üzrə Borclu bu günə kimi 2996 manat ödəniş etmiş, hal-hazırda borcu 13328 manat borcu təşkil edir. Yaranmış borcların ödətdirilməsi, borclunun icra sənədlərinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, habelə Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-200/2019 saylı icra sənədinə əsasən, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(003)-5557/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalıdır. xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 verilməsi qət edilmişdir. İş materiallarında olan 28.03.219-cu il tarixli bildirişin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair 07.05.219-cu il tarixdə müvafiq imza etməklə bildirişi qəbul etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin və xəbərnamənin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir və o müvafiq imza etməklə bildirişi almışdır. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən borcluya şəxsən təqdim edilmiş tələbin könüllü icrası barədə bildirişin surətini tədqiq edərək, hazırda borclunun icra sənədini icra etməkdən yayınmasını nəzərə alaraq belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən Borclu icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və borclunun ölkə ərazisini tərk edəcəyi təqdirdə qeyd edilən icra sənədinin icra olunmama mümkünlüyünü nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-200/2019 saylı icra sənədi üzrə borclu xx.xx.1983-cü ildə ünvan 2ində doğulmuş və ünvan 2i ünvanında qeydiyyatda olan, Quba şəhəri, Tutubikə küçəsi, ev 24 ünvanında yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar