Məhkəmə qərarları › İş №8(027)-341/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-341/2023

24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-341/2023 24.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X1 iştirakı ilə Qərarın ləğvi və icra sənədinin yenidən icra olunması üçün geri qaytarılması haqqında qərarından tələbkar X6 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabunçu rayon İcra şöbəsinin icra məmuru Hafiz İsrafilovun xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 №-li icra sənədi məhkəməyə geri qaytarılmışdır. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarında göstərilmişdir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 №-li icra sənədinə əsasən, 16 iyun 2017ci il təvəllüdlü X5 və 31 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment X2 tutularaq X4 verilməlidir. İş üzrə tələbkar X6 xx.xx.2022-ci il tarixli ərizəsi ilə Sabunçu rayon İcra Şöbəsinə müraciət edərək, borclu ilə barışdıqlarını bildirmiş və Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda icra sənədi üzrə tələbkar X6 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 saylı icra sənədinə əsasən, 16 iyun 2017-ci il təvəllüdlü X5 və 31 iyul 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altımış) manat sabit pul məbləğində aliment X2 tutularaq X4 verilməlidir. Bildirmişdir ki, o, borclu ilə barışdığı üçün xx.xx.2022-ci il tarixli ərizə ilə Sabunçu rayon İcra Şöbəsinə müraciət edərək, alimentdən imtina etdiyini, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda isə Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarını ləğv edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 №-li icra sənədinin yenidən icraya yönəldilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki,tələbkar onu aldadaraq savadsızlığından istifadə etmiş görüntü üçün barış yaradaraq əsl məqsədinin alimentdən yayınması olmuşdur. İş üzrə borcluya, Sabunçu rayon İcra Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar X1 şikayəti təmin edilməlidir. Belə ki, o, borclu ilə barışdığı üçün xx.xx.2022-ci il tarixli ərizə ilə Sabunçu rayon İcra Şöbəsinə müraciət edərək, alimentdən imtina etdiyini bildirmiş, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 1112/2021 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 1112/2021 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda isə Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarını ləğv edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1112/2021 №-li icra sənədinin yenidən icraya yönəldilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən barışıq sənədi əslində borclunun aliment öhdəliyindən yayınması məqsədi ilə olmuşdur. Çünki tələbkar qeyd edilən sənədi imzaladıqdan 1 ay sonra məhkəməyə müraciət etmişdir. Ona görə də, Sabunçu rayon İcra şöbəsinin icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli qərarından tələbkar X6 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X1 verdiyi şikayət təmin edilsin. Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Sabunçu rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar