Məhkəmə qərarları › İş №8(027)-348/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-348/2023

17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-348/2023 17.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba Rayon Məhkəməsinin 2(027)-1047/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı belə əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1047/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 7037 manat məbləğində pul alınaraq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi üzrə 154043/23 saylı icra işi açılmış, xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbkarın xeyrinə heç bir məbləğdə pul ödəniş etməmişdir. Borclu, Borclu əmlaklarının axtarışı nəticəsində sorğu portalından əldə etdiyimiz məlumata əsasən Borclu adına Quba rayonu, Zərdabi qəsəbəsində 1.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi məlum olmuşdur. Qeyd olunanlara əsasən icra sənədi üzrə tələbin borclunun adına olan aftonəqliyyat vasitələrinə yönəldilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının qanununun 50-ci maddələrini rəhbər tutaraq Borclu adına Quba rayonu. Zərdabi qəsəbəsində 1.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarlmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, iş üzrə tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, borclunun əmlakı üzərində həbs qoyulması barədə təqdimatı və işin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1047 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 7000 (yeddi min) manat pul və 37 manat ödənilmiş dövlət rüsumu alınaraq, iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan Elektron məhkəmə portalından əldə olunmuş çıxarışa əsasən Borclu adına Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə iclasında icra məmurunun verdiyi izahatdan və işin materiallarından görünür ki, borclunun manat və ya xarici valyuta ilə pul vəsaitləri və digər sərvətləri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1047 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərində həbs bir qayda olaraq icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin qanunun 50.4.1-ci maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsinin təmin edilməsi üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1047 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar