Məhkəmə qərarları › İş №8(027)-351/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-351/2023

21.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-351/2023 21.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1239/2022 saylı icra sənədinə əsasən Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1239/2022 saylı icra sənədinə əsasən Borclu cəmi 670 manat məbləğində kirayə haqqı və 30 manat dövlət rüsumu tutularaq Tələbkar Cabbar oğluna verilməlidir. Qeyd olunan icra sənədi üzrə 218348/22 saylı icra işi açılmış, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra Haqqında’ Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbkarın xeyrinə heç bir məbləğdə pul ödəniş etməmişdir. Borclu mülkiyyətində olan “VAZ 21214 MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil məlum olmuşdur. Qeyd olunanlara əsasən icra sənədi üzrə tələbin borclunun adına olan aftonəqliyyat vasitələrinə yönəldilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə borclu, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş sənədlərində olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 1239/2022 saylı icra sənədinə əsasən Borclu 670 (altı yüz yetmiş) manat kirayə haqqı və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. İş sənədlərində olan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1239/2022 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur Məhkəmə icra sənədi üzrə tələbin həcmini nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin edilməli, qərarın icrasını təmin etmək məqsədilə borcluya məxsus “VAZ 21214 MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1239/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus “VAZ 21214 MİNİK” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar