Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-353/2023 11.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ İş 8(027)-353/2023 QƏRARDAD (şikayət ərizəsinin geri qaytarılması barədə) 11 avqust 2023-cü il Quba şəhəri Quba Rayon Məhkəməsi Hakimi Babayev Aydın Vahid oğlu, Almasova (Əmirbəyova) Leyla Telman qızının icra məmurunun qərarının ləğv edilməsi barədə şikayət əriəzsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: Almasova (Əmirbəyova) Leyla Telman qızı icra məmurunun qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsində icra sənədi üzrə icraatın yenidən bərpa edilməsi, borclunun əvvəlki illərdə qalmış borcunun yenidən hesablanaraq ödənilməsi üçün yenidən icraya yönəldilməsi və ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Almasova (Əmirbəyova) Leyla Telman qızınun şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ona qanunamüvafiq qaydada tərtib edilmiş şikayət ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, məhkəmə şikayət ərizəsini tədqiq edərkən müəyyən etmişdir ki, Almasova (Əmirbəyova) Leyla Telman qızının şikayəti əsasında Quba Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərardadı ilə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icra sənədi üzrə icraatın dayandırılması barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Göründüyü kimi, hazırki şikayətlə ləğv olunması xahiş edilmiş icra məmurunun qərarı artıq ləğv olunmaqla icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməli olması müəyyən olunmuş və qərar qanuni qüvvəyə minmişdir. Hazırki şikayətin borclunun əvvəlki illərdə qalmış borcunun yenidən hesablanaraq ödənilməsi hissəsilə bağlı tələbi isə qanunla müəyyən edilmiş qaydada aidiyyəti məhkəməyə təqdim edilməmişdir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına əsasən, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.4-cü maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinin başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, şikayət verən şəxsə qanunamüvafiq qaydada tərtib olunmuş şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4, 149 və 152-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Almasova (Əmirbəyova) Leyla Telman qızının icra məmurunun qərarının ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Almasova (Əmirbəyova) Leyla Telman qızına izah olunsun ki, müvafiq qaydada tərtib olunmuş şikayət ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-353/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-353/2023
11.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver