Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-354/2023 28.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X20 rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(027)-310/2015 saylı icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından X1 şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(027)-310/2015 saylı icra sənədi üzrə X2 Quba rayon İcra Şöbəsinin icra məmuru Umud Məhsimovun 23 fevral 2015-ci il tarixli, 2(027)- 310/2015 saylı icra sənədi üzrə icra sənədinin məhkəməyə qaytarılması barədə 26 avqust 2015-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. X2 ərizəsində göstərmişdir ki, cavabdeh X9 qarşı aliment və digər tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(027)- 310/2015 saylı qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2015ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin cavabdeh X6 alınaraq mənə verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(027)-310/2015 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin cavabdeh aliment məbləğini ödəməmişdir. Bununla bağlı icra məmurundan maraqlandıqda bildirilmişdir ki, Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclunun Quba rayonu ll-Nügədi kəndində yaşayıb-yaşamadığını dəqiqləşdirmək məqsədilə Quba rayonu İHB-nın ll-Nügədi İƏD üzrə nümayəndəliyinə sorğu göndərilmişdir. Bundan sonra borclu Cəmil Abdullayevin həmin ünvanda yaşamadığı bildirilmiş və barəsində borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. Daha sonra borclu X4 rayon İcra və Probasiya şöbəsinə gələrək ərizə yazmış, Rusiya Federasiyası Tepritorialnıy punkt UFMS Rosii po Voloqodskiy oblast Kaduyskom rayonu Zareqistrirovan der. Uyma dom 8 ünvanında yaşadığını və Rusiya Federasiyası vətəndaşı olduğunu bildirərək işin Quba Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin 26 avqust 2015-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(027)-310/2015 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Bundan sonra icra tədbirləri həyata keçirilməmişdir. Həmin gündən bu günə kimi borclu uşaqlarının haqqı olan alimentdən qəti ödəniş etməmişdir. Alimentlə bağlı borc yığılıb qalmışdır. Bildirmək istəyir ki, iş üzrə borclu X3 Federasiyasına qedib-gəlsə də, Azərbaycan Respublikasının vətəndaşıdır. Onun Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən AZE ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi mövcuddur. Eyni zamanda cavabdeh X11 tez-tez Azərbaycan Respublikasına da gəlib-gedir. Lakin barəsində hər hansı bir məhdudiyyət qərarı olmadığından rahatlıqla ölkədən gedə də bilir. Birgə nikahdan doğulmuş uşaqlarımızın aqibəti isə onu qəti maraqlandırmır. Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsi də iş üzrə borclunun bir sözü ilə icra məmurları tərəfindən icra edilmədən məhkəməyə qaytarılmaqla icrasız qalmışdır. Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(027)-310/2015 saylı icra sənədinin icra edilməsi üçün yenidən icra şöbəsinə göndərilməsini istəyir. Hesab edir ki, Quba rayon icra və Probasiya şöbəsinin icra məmuru Umud Məhsimovun icra sənədinin məhkəməyə qaytarılması barədə 26 avqust 2015ci il tarixli qərarı əsassızdır, ləğv edilməlidir və icra sənədi icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə təkrar göndərilməlidir. X2 məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə hazırkı işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, “İcra sənədinin məhkəməyə qaytarılması” barədə 26 avqust 2015-ci il tarixli qərarından görünür ki, borclunun Quba rayonu ll-Nügədi kəndində yaşayıb-yaşamadığını dəqiqləşdirmək məqsədilə Quba rayonu İHB-nın ll-Nügədi İƏD üzrə nümayəndəliyinə sorğu göndərilmiş, borclu Cəmil Abdullayevin həmin ünvanda yaşamadığı bildirilmiş və barəsində borclunun axtarılması haqqında qərar qəbul edilmişdir. Daha sonra borclu X4 rayon İcra və Probasiya şöbəsinə gələrək ərizə yazmış, Rusiya Federasiyası Tepritorialnıy punkt UFMS Rosii po Voloqodskiy oblast, Kaduyskom rayonu, Zareqistrirovan der. Uyma dom 8 ünvanında yaşadığını və Rusiya Federasiyası vətəndaşı olduğunu bildirərək işin Quba Rayon Məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin 26 avqust 2015-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə əsasən Quba Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(027)-310/2015 saylı icra sənədi məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda, icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə hesab edir ki, borclunun yaşadığı yer barədə dəqiq məlumat əldə olunsa da, icra məmuru icra sənədi üzrə borclu fiziki şəxs X7 yaşayış yerini və borclunun əmlakının olduğu yeri müəyyən etmək mümkün olmadığından icra sənədini məhkəməyə qaytarmaqda haqlı olmamışdır, ona görə də qeyd edilən “icra sənədinin qaytarılması haqqında” 26 avqust 2015-ci il tarixli qərar ləğv edilməli və Quba rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(027)-310/2015 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Quba rayon İcra Şöbəsinin icra məmuru Umud Məhsimovun 23 fevral 2015-ci il tarixli, 2(027)-310/2015 saylı icra sənədi üzrə icra sənədinin məhkəməyə qaytarılması barədə 26 avqust 2015-ci il tarixli qərarı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 23 fevral 2015-ci il tarixli, 2(027)-310/2015 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-354/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-354/2023
28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver