Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-36/2024 26.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, X1 iştirakı ilə Quba rayon Məhkəməsinin 2(027)-549/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair X4 tərəfindən verilmiş ərizəyə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon Məhkəməsinin 2(027)-549/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-549/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində olan Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha olan torpaq sahəsinə gedən gediş-gəliş yolu açılmalı və cavabdehlər X12, X11, X9, X7 və X10 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. X3 ərizəsindən görünür ki, o, cavabdehlər X12, X11, X9, X16, oğlu və X5 məhkəmə işi üzrə 2(027)-549/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmişdir. İddia tələbi onun xeyirinə təmin olunsa da İcra və probasiya şöbəsi icra etməkdən imtina edir, bildirir ki, onun xeyrinə çıxarılsa da məhkəmənin çıxardığı qətnamənin “qət etdi” hissəsi kifayət qədər əsaslandırılmadığı üçün Quba rayon İcra və probasiya şöbəsi icra vərəqəsini icra etmir. Ona görə də qətnamənin qət edilmiş “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən iddiaçı X3 mülkiyyətində olan Quba rayonu Ərməkiqışlaq kəndində yerləşən 0.28 ha olan torpaq sahəsinə gedən gediş-gəliş yolu açılsın və cavabdehlər X12, X11, X9, X7 və X10 tərəfindən yaradılmış maneələr aradan qaldırılsın ” hissəsinə şərh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, MPM-in 230.1-ci maddəsinə görə işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Lakin Quba rayon Məhkəməsinin 2(027)-549/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsinin izah edilməsi üçün əsas yoxdur, çünki qətnamədəki bütün ifadələr anlaşılandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (mad.230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (mad.230.3) İcra haqqında 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikası qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmənin qeyd edilən qətnaməsi əsasında verilmiş icra vərəqəsində aydın şəkildə qətnamənin nəticə hissəsi göstərilmişdir və məhkəmə hesab edir ki qeyd edilən qətnamənin izahı üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon Məhkəməsinin 2(027)-549/2023 saylı, 12 oktyabr 2023-cü il tarixli qətnaməsinin izah edilməsinə dair X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-36/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-36/2024
26.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver