Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-373/2023 14.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2771/2022 saylı icra sənədi üzrə Borclu məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2771/2022 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və pobasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınmışdır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə teleqram təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2771/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 172,30 (yüz yetmiş iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 17,70 (on yeddi manat yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22 (iyirmi iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 639,60 (altı yüz otuz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 63,40 (altmş üç manat qırx qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36,70 (otuz altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,30 (üç manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 1568 (bir min beş yüz altmış səkkiz) manat borc və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 35,68 (otuz beş manat altmış səkkiz qəpik) manat məbləğində pulun cavabdeh Borclu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Təqdimat əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərmiş və həmin bildirişin borcluya çatması barədə xəbərnamə işin materiallarına əlavə edilmişdir. Eyni zamanda icra məmurları icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu yaşadığı ünvana getsələr də, borclunun yaşadığı evin qapısı bağlı olmuş, qonşuların deməsinə görə Borclu olduğu yer bilinmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2771/2022 saylı icra sənədi üzrə Borclu icra məmurunun çağırışlarına baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinə gəlmədiyi və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat vermədiyi və nəticədə icra sənədinin icrasında çətinliklər yarandığı üçün təqdimat əsaslı sayılaraq təmin edilməli, qeyd olunan icra sənədi üzrə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunsun. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2771/2022 saylı icra sənədi üzrə borclu, xx.xx.1992-ci il tarixdə Quba rayonu, Ağbil kəndində doğulmuş, Quba rayonu, Ağbil kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-373/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-373/2023
14.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver