Məhkəmə qərarları › İş №8(027)-377/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-377/2023

18.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-377/2023 18.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-2111/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, borclu, Quba şəhəri, M.Rəsulzadə küçəsi, ev 98 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-2111/2022 saylı icra sənədi üzrə borclu, Quba şəhəri, M.Rəsulzadə küçəsi, ev 98 ünvanında qeydiyyatda olan Borclu cəmi 333 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-nin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir.. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş sənədlərini araşdıraraq hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e- 2(027)-2111/2022 saylı icra sənədinə əsasən Borclu 295 (iki yüz doxsan beş) manat əsas borc, 8 (səkkiz) manat dəbbə, cəmi 303 (üç yüz üç) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti "xxxx"MMC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən icra sənədinin könüllü icra edilməsi ilə bağlı Borclu bildirişin göndərilməsi və qeyd edilən bildirişin alınması barədə xəbərnamənin surəti və ya digər sübut iş materiallarına əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə də, icra sənədi üzrə tələbin könüllü icra edilməsi ilə bağlı bildirişin rəsmi qaydada borclu tərəfindən alınması ilə bağlı sübut təqdim olunmadığından, habelə hər hansı digər icra hərəkətlərinin aparılması ilə bağlı məlumatlar iş materiallarına əlavə olunmadığından, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-2111/2022 saylı icra sənədi üzrə borclu, ünvan 1 ünvanda yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar