Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-378/2023 25.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-972/2021 nömrəli qərardadı ilə qoyulmuş həbsin götürülməsinə dair X6 ərizəsinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X10 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 972/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 və X3 adına olan Quba rayonu l-Nügədi kəndində yerləşən ümumi sahəsi 0,20 ha olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin və özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, o, Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Quba rayonu, l-Nügədi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 30 avqust 2003-cü il tarixli 30 nömrəli vəsiyyətnaməyə əsasən Quba rayonu, l-Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə X1 vərəsəlik hüququnun müəyyən edilməsi və həmin vərəsəlik hüququ üzrə Mehman Nadirovdan qalmış miras əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddianın təmin olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 və X3 adına olan Quba rayonu l-Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə həbs qoyulması və özgəninkiləşdirilməsinə qadağan qoyulmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-972/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işə mahiyyəti üzrə baxılana kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 və X3 adına olan Quba rayonu l-Nügədi kəndində yerləşən ümumi sahəsi 0,20 ha olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə həbs qoyulması və özgəninkiləşdirilməsinə qadağan edilməsi qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(027)-972/2021 nömrəli qətnaməsi qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı X10 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(105)- 2972/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2379/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-503/2023 saylı qərardadı ilə İddiaçı X6 cavabdehlər X14, X11, Quba Regional ASAN Xidmət mərkəzi notariat kontoru, Quba rayon İcra Hakimiyyəti və X9 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair hazırkı 2(105)-503/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X4 cavabdehlər X14 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, habelə ikinci iddia üzrə iddiaçılar X14, X10 və X7 cavabdeh X5 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən edilməsi tələbinə dair 2(105)-188/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 188/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər X14, X11, Quba Regional ASAN Xidmət mərkəzi Notariat Kontoru, Quba rayon İcra Hakimiyyəti və X9 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiadan imtina barədə ərizəsi təmin edilmişdir. Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı X6 cavabdehlər X14, X11, Quba Regional ASAN Xidmət mərkəzi Notariat Kontoru, Quba rayon İcra Hakimiyyəti və X9 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması barədə iddia tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə, X6 ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-972/2021 saylı qərardadından görünür ki, mülki işə mahiyyəti üzrə baxılana kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 və X3 adına olan Quba rayonu l-Nügədi kəndində yerləşən ümumi sahəsi 0,20 ha olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə həbs qoyulmuş və özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarından müəyyən olunur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-503/2023 saylı qərardadı ilə iddiaçı X6 cavabdehlər X14, X11, Quba Regional ASAN Xidmət mərkəzi notariat kontoru, Quba rayon İcra Hakimiyyəti və X9 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair 2(105)-503/2023 nömrəli mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı X4 cavabdehlər X14 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, habelə ikinci iddia üzrə iddiaçılar X14, X10 və X7 cavabdeh X5 və qeyrilərinə qarşı mirasın qəbul edilməsi faktının və miras üzrə payların müəyyən edilməsi tələbinə dair 2(105)-188/2023 nömrəli digər mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-188/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X6 cavabdehlər X14, X11, Quba Regional ASAN Xidmət mərkəzi Notariat Kontoru, Quba rayon İcra Hakimiyyəti və X9 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiadan imtina barədə ərizəsi təmin edilmiş, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı X6 cavabdehlər X14, X11, Quba Regional ASAN Xidmət mərkəzi Notariat Kontoru, Quba rayon İcra Hakimiyyəti və X9 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması barədə iddia tələbi üzrə icraata xitam verilmiş, həmin iş üzrə 24 avqust 2023-cü il tarixli icra sənədi icraya yönəldilmiş və Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin olunması məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər Göstərilənləri nəzərə alaraq, məhkəmə, hesab edir ki, mülki işə mahiyyəti üzrə baxılıb, yekun qərar qanun qüvvəsini aldığından və yekun qərar icraya yönəldiyindən, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1664/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 və X3 adına olan Quba rayonu l Nügədi kəndində yerləşən ümumi sahəsi 0,20 ha olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs və özgəninkiləşdirilməyə qoyulmuş qadağa götürülməlidir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 162.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 ərizəsi təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1664/2021 nömrəli qərardadı ilə mülki işə mahiyyəti üzrə baxılana kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X2 və X3 adına olan Quba rayonu l Nügədi kəndində yerləşən ümumi sahəsi 0,20 ha olan torpaq sahəsi və və onun üzərində yerləşən fərdi yaşayış evinə həbsin qoyulması və özgəninkiləşdirilmənin qadağan edilməsi barədə iddianın təmini tədbiri ləğv edilsin və həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs və özgəninkiləşdirilməyə qoyulmuş qadağa götürülsün. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-378/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-378/2023
25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver