Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-379/2023 15.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ İş 8(027)-379/2023 QƏRARDAD (şikayət ərizəsinin geri qaytarılması barədə) 15 sentyabr 2023-cü il Quba şəhəri Quba Rayon Məhkəməsi Hakimi Babayev Aydın Vahid oğlu, X2 nümayəndəsi X1 icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayət əriəzsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: X2 nümayəndəsi X3 icra məmurunun qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsində Quba rayon İcra və probasiya şöbəsinin qətnaməsi üzrə yaranmış aliment borcunun hesablanmasına dair xx.xx.2023-cii il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. X2 nümayəndəsi X1 şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ona qanunamüvafiq qaydada tərtib edilmiş şikayət ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, şikayət ərizəsi tədqiq edilərkən müəyyən edilmişdir ki, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədov icra sənədi üzrə aliment borcunun hesablanmaqla 44979 manat olmasına dair xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab etmişdir. Əks hal icra məmurunun icra sənədi üzrə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Beləliklə, əks olunan hüquqi mövqeyinə uyğun olaraq məhkəmə müəyyən edir ki, icra məmurunun məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə alimentin hesablanmasına dair qərardan şikayət aidiyyəti üzrə icra sənədini vermiş məhkəməyə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinin başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən, hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, şikayət verən şəxsə qanunamüvafiq qaydada tərtib olunmuş şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.4, 149 və 152-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X2 nümayəndəsi X1 icra məmurunun qərarının ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X4 izah olunsun ki, müvafiq qaydada tərtib olunmuş şikayət ərizəsilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-379/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-379/2023
15.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver