Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-380/2023 29.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə borclu X3 tərəfindən verilmiş ərizəyə baxaraq, məhkəmə müəyyən etdi: Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu X3 ərizə ilə məhkəməyə müraciət edərək icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)- 58/2017 saylı icra sənədi ilə bağlı Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü tarixli, 113667/23.6 saylı tələbin könüllü icrası barədə cavabdeh olaraq ona bildiriş göndərilmişdir. Bildirişə cavab olaraq iş üzrə icraatın dayandırılması barədə 2 (iki) dəfə rəsmi müraciət olunsa da müraciətlərə cavab verilməmişdir. Qeyd olunan qətnamədə iddiaçı X4 məxsus JN 0188, KOD 30311028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında aldığı RX seriyalı, ******* nömrəli **********80 və **********81 reyestr nömrəli çıxarışlara əsasən 0.219833 ha torpaq sahəsinin ona məxsus 1 hektar torpaq sahəsinin tərkib hissəsindən verilməsi və həmin torpaqda inşa etdiyi tikilinin sökülməsi qət edilmişdir. Lakin, buna baxmayaraq uzun müddət bu məsələ ilə bağlı araşdırmanın nəticəsində məlum olmuşdur ki, Babayev Azada məxsus yuxarıda qeyd olunan çıxarışların əsli olan torpağa mülkiyyət hüququna dair dövlət aktı saxtadır. Belə ki, Quba rayon Vəkil bürosunun əməkdaşı vəkil X6 tərəfindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialına ünvanlanan məktuba verilən cavabdan tam olaraq aydın olmuşdur ki, Babayev Azadın adına olan JN 0188, KOD 30311028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan X5 xx.xx.1998-ci il tarixli 03 saylı qərarında “Azad Babayev adlı şəxsə torpaq sahəsi verilməsi haqqında məlumat aşkar edilməmişdir”! Buradan da aydın olur ki, Babayev Azada məxsus yuxarıda qeyd olunan JN 0188, KOD 30311028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı və bu akt əsasında aldığı RX seriyalı, ******* nömrəli **********80 və **********81 reyestr nömrəli çıxarışlar da saxtadır. Qeyd olunan saxtakarlıq faktını məhkəmənin qərarı ilə də təsdiqləməkdən ötrü Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmədə iş baxılması üçün icraata qəbul olunaraq 1-ci hazırlıq icraatı keçirilmiş, 2-ci hazırlıq icraatı isə xx.xx.2023-cü il tarixinə təyin olunmuşdur. Uzun illər sürən bu saxtakarlıq faktı nəhayət ki, üzə çıxacaq və ədalət bərpa olunacaqdır. Babayev Azadın saxta sənəd əsasında bu günə kimi bunu bilərəkdən gizlətməklə Azərbaycan Respublikası Məhkəmələrini aldadaraq yalnış qərar qəbul etməsinə nail olması və onun mülkiyyət hüququnu tapdalaması nəticə etibarı ilə cinayətdir və buna səbəbkar olan Azad və digərləri cəzalanmalıdır. Bütün qeyd olunanları nəzərə alaraq məsələ ilə bağlı son qərar qəbul olunanadək icraatın dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizəyə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış tələbkar və Quba rayon İcra və probasiya şöbəsi, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə ərizədə qeyd olunan dəlilləri araşdırıb, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə əsassız olmaqla təmin edilməməlidır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi icraatın dayandırılmasının məcburiliyi hallarını və 18-ci maddəsi isə icraatın dayandırılmasının mümkün olduğu halları müəyyən etmişdir. Ərizə üzrə qeyd edilən halların mövcudluğu müəyyən edilmədiyindən, qanunvericiliyin normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə borclu tərəfindən verilmiş ərizə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Quba Rayon Məhkəməsinin 2(027)-58/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-380/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-380/2023
29.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver