Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-386/2022 16.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X2 qızının katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyev təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(027)-117/2022 saylı icra sənədinə əsasən Borclu dəymiş ziyana görə 380 manat və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul vəsaiti alınıb Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi üzrə 138069/22 saylı icra işi açılmış, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbkara heç bir məbləğdə pul ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində onun adına “Chevrolet Cruze” minik markalı **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. Ona görə də tələbin borcluya məxsus olan avtonəqliyyat vasitəsinin üzərinə yönəldilməsini xahiş etmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon məhkəməsi tərəfində verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-117/2022 saylı icra sənədinə əsasən Borclu dəymiş ziyana görə 380 manat və dövlət rüsumu üçün ödəniliş 20 manat məbləğində pul vəsaiti alınıb Tələbkar ödənilməlidir. İş materiallarından görünür ki, borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində onun adına “Chevrolet Cruze” minik markalı **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məlum olmuşdur. Hazırda həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı təmin edilməli, borclu X1 Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı **-RL- *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “Chevrolet Cruze” minik markalı **-RL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-386/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-386/2022
16.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver