Məhkəmə qərarları › İş №8(027)-389/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-389/2023

13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-389/2023 13.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-579/2023 saylı icra sənədi üzrə Borclu məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-579/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və pobasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınmışdır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə teleqram təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdimatın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-579/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci il tarixli 23069539 nömrəli müqavilə üzrə 258 manat ödənilməmiş hissə, 25,80 manat cərimə, xx.xx.2021-ci il tarixli ******* nömrəli müqavilə üzrə 552,20 manat ödənilməmiş hissə, 52 manat cərimə olmaqla, iki müqavilə üzrə cəmi 858 manat borc və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 30 manat məbləğində pul cavabdeh Borclu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Təqdimat əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərmiş və həmin bildirişin borcluya çatması barədə xəbərnamə işin materiallarına əlavə edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsaəsn məcburi icra tədbirləri: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, icra sənədi ilə bağlı borclunun mülkiyyətində daşınar və daşınmaz əmlakların olub-olmamasının aydınlaşdırılmamış, icra məmuru tərəfindən müvafiq orqanlara sorğular, həmçinin borclunun əmək haqqısı, pensiyası, təqaüdü barədə sorğu göndərilsə də, onların nəticələri əldə edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-579/2023 nömrəli icra sənədinin icrası istiqamətində icra məmuru tərəfindən zəruri icra hərəkətləri həyata keçirilmədiyindən borclunun polis orqanı vasitəsilə məcburi qaydada gətirilməsinə zərurət yaranmadığından, təqdimat təmin edilməməlidir. Məhkəmə elektron sistemindən çıxarışa əsasən Borclu xx.xx.2023-cü il tarixdə saat 13:35:40 Azərbaycan Respublikasının hüdudularını tərk etməsi və bu günədək geri dönməməsi müəyyən edilir. Həmçinin, icra məmuru borculunun qeydiyyatda olduğu ünvanında yaşayıb-yaşamasını yoxlamamış və buna dair müvafiq akt tərtib etməmişdir. Məhkəmə hesab edir ki, bütün bu tədbirlər görülmədən hazırki təqdimatın təmin edilməsinə lüzum yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-579/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar