Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-39/2025 13.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi X4nın, borclu X7 iştirakı ilə Maraqlı şəxs icra məmuru X14 icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə ərizə ilə müraciət edərək, Maraqlı şəxs icra məmuru X14 icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv edilərək, Quba Rayon Məhkəməsinin 2(027)-650/2025 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-650/2020 saylı 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə 22 yanvar 2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 150 manat və əmək qabiliyyətsiz 16 avqust 1998-ci il təvəllüdlü X1 üçün 130 manat sabit pul məbəğində alimentin X5 tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-650/2020 saylı 25 fevral 2020-ci il tarixli qətnaməsi dərhal icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Bundan sonra iş üzrə borclu X10 təyin edilmiş aliment miqdarında uşaqlarına lazım olan ərzaq, geyim və xəstəlik xərclərini qarşılayacağına söz vermişdir. Ona görə də o X8 inanaraq 21 aprel 2022-ci il tarixdə ərizə ilə Maraqlı şəxsnə müraciət edərək Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-650/2020 saylı, 25 fevral 2020-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Maraqlı şəxs icra məmuru Rauf Quliyev tərəfindən 21 aprel 2022-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edilərək icra sənədi məhkəməyə geri qaytarılmışdır. Bundan sonra X10 aralarında olan razılaşmaya əməl etməyərək alimentin əvəzində uşaqlarına lazım olan ərzaq və geyim xərclərini qarşılamamışdır. Bununla da o, uşaqlarının haqqı olan aliment məbləğindən də məhrum olmuşdur. X3 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. O X8 inanmışdır. X10 da alimenti ödəməmək üçün bundan istifadə etmişdir. Hər iki övladının ehtiyacları günü-gündən artır. Məhkəmə qətnaməsi ilə aliment təyin edilmiş və onun himayəsində olan övladı X15 İ qrup əlildir və alimentin ödənilməməsi onun vəziyyətini daha da ağırlaşdırır. Hazırda aliment məbləğinin verilməməsi yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan övladlarının normal yaşayış səviyyəsinin təmin edilməməsinə gətirib çıxarır. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X9 ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkədə borclu X10 bildirdi ki, X9 öz xahişi ilə ərizə yazıb icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Ərizəçi uşaqla birlikdə onunla bir evdə yaşayır. O (borclu) evin kommunal xərclərini ödəyir. Aliment ödəməyə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra sənədi üzrə tələbkarın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-650/2020 saylı, 25 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən, məhkəməyə müraciət olunan xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh X5 iddiaçı X6 xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər saxlanması üçün 150 manat və əmək qabiliyyətsiz xx.xx.1998-ci il təvəllüdlü X2 üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. “İcra sənədinin məhkəməyə və digər orqana qaytarılması” barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X9 21 aprel 2022-ci il tarixdə ərizə ilə Maraqlı şəxsnə müraciət edərək Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-650/2020 saylı, 25 fevral 2020ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən 21 aprel 2022-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edilərək icra sənədi məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmuru X14 icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı əsaslı olduğundan ləğv edilməməli, lakin eyni zamanda Quba Rayon Məhkəməsinin 2(027)-650/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs icra məmuru X14 icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-650/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-39/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-39/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver