Məhkəmə qərarları › İş №8(027)-399/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-399/2023

16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-399/2023 16.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu1 mülkiyyətində olan “VAZ 21061” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və Borclu2 mülkiyyətində olan “UAZ 3962” markalı, 40BL-246 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-2814/2016 saylı icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 cəmi 1866 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş 259808/22 saylı icra işi açılmışdır. Eyni zamanda iş üzrə borcluya tələbin könüllü icrasl ilə əlaqədar bildiriş göndərilmişdir. Lakin, borclu tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməmişdir. Ona görə də, tələb Borclu1 mülkiyyətində olan “VAZ 21061” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və Borclu2 mülkiyyətində olan “UAZ 3962” markalı, 40BL-246 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə yönəldilməsi üçün Quba rayon Məhkəməsinə təqdimat verilmiş və həmin məhkəmənin xx.xx.2017-ci il tarixli, 8(027)- 562/2017 saylı qərardadına əsasən həmin avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. İcraat zamanı tələbkar "xxxx" ASC (Aqrarkredit SKT) məktubla şöbəyə müraciət edərək borclular tərəfindən tələbin tam təmin olunduğunu bildirmişdir. Belə ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(027)-2814/2016 saylı icra sənədi üzrə tərəfimdən icraata xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq Borclu1 mülkiyyətində olan “VAZ 21061” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və Borclu2 mülkiyyətində olan “UAZ 3962” markalı, 40BL-246 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(027)-562/2017 saylı qərardadı ilə qoyulmuş həbsin götürülməsini xahiş edir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-2814/2016 saylı qərardadı ilə Borclu1 mülkiyyətində olan “VAZ 21061” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və Borclu2 mülkiyyətində olan “UAZ 3962” markalı, 40BL-246 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Xaçmaz Filialının xx.xx.2023-cü il tarixli, 375 saylı məktubunun surətindən görünür ki, Quba rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-2814/2016 saylı icra sənədinə əsasən Borclu1 qalıq 1765.55 manat kredit borcu tam olaraq ödənilmişdir və həmin kredit üzrə heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin olunması məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)- 2814/2016 saylı icra sənədi üzrə borc ödənildiyindən, təqdimat təmin edilməli və Borclu1 mülkiyyətində olan “VAZ 21061” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və Borclu2 mülkiyyətində olan “UAZ 3962” markalı, 40BL-246 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Quba rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(027)-2814/2016 saylı icra sənədi üzrə borclular Borclu1 mülkiyyətində olan “VAZ 21061” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı və Borclu2 mülkiyyətində olan “UAZ 3962” markalı, 40BL-246 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar