Məhkəmə qərarları › İş №8(027)-400/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-400/2024

20.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-400/2024 20.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-291/2023 saylı qətnaməsinin izah edilməsinə dair Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ərizəyə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-291/2023 saylı qətnaməsi ilə X1 xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmadığı müəyyən edilmiş və bu qətnamə xx.xx.2017-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsinin “atası” qrafasında dəyişikliklərin edilməsi üçün əsas olması qət edilmişdir. Quba rayon Qeydiyyat Şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-291/2023-cü il nömrəli qətnaməsinin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin tam icra olunması məqsədi ilə məhkəmə qətnaməsinin nəticə hissəsinə (doğum haqqında akt qeydindən ata olan şəxs X4 çıxarıldıqdan sonra şərti olaraq ata adı kimi kimin yazılması barədə) izah verilməsini xahiş etmişdir. Quba rayon Qeydiyyat Şöbəsi ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(027)-291/2023-cü il nömrəli qətnaməsi ilə X1 xx.xx.2017-ci il təvəllüdlü X2 atası olmadığı müəyyən edilmişdir.Lakin vətəndaş Quba rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2017-ci il tarixli 1396 nömrəli doğum haqqında akt qeydində ata haqqında məlumatlar çıxdıqdan sonra uşağın atası kimin ata kimi qeyd olunması barədə məlumat yazılmamışdır.Bu səbəbdən qeyd olunan məhkəmə qətnaməsinin icrası mümkünsüz olur və qətnaməyə izah verilməsi zərurəti yaranır. Məhkəmə iclasında Quba rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X5 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, MPM-in 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Lakin Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-291/2023 saylı qətnaməsinin izah edilməsi üçün əsas yoxdur. Çünki qətnamədəki bütün ifadələr anlaşılandır. Bununla da icra edilmiş qətnaməyə izah verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (mad.230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (mad.230.3) Məhkəmənin qeyd edilən qətnaməsində aydın şəkildə qətnamənin nəticə hissəsi göstərilmişdir və məhkəmə hesab edir ki qeyd edilən qətnamənin izahı üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-291/2023 saylı qətnaməsinin izah edilməsinə dair Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar