Məhkəmə qərarları › İş №8(027)-408/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-408/2023

01.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-408/2023 01.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ İş № 8(027)-408/2023 QƏRARDAD (Məcburi gətirilmə barədə) 05 may 2023-cü il Quba şəhəri Quba Rayon Məhkəməsi Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-817/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, borclu, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-817/2023 saylı icra sənədi üzrə borclu, ünvan 1 ünvanında yaşayan Borclu icra sənədinin icrası ilə əlaqədar icra sənədini icra edən icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin icrasını təşkil etmək məqsədi ilə borclunun Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın nümayəndəsinin, borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş sənədlərini araşdıraraq hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-817/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu 19500 manat və 148,50 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar Xaləddin oğluna ödənilməsi qət edilmişdir. Sözü gedən Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)- 817/2023 saylı qətnaməsindən cavabdeh Borclu tərəfindən apelyasiya şikayəti verilmiş, lakin apelyasiya şikayətinin yekun nəticəsi barədə qərar iş materiallarına əlavə edilməmiş və məhkəməyə heç bir məlumat daxil olmamışdır. İş materiallarından göründüyü kimi qeyd edilən icra sənədinin könüllü icra edilməsi ilə bağlı Borclu rəsmi bildiriş göndərilmişdir. Qeyd edilən bildirişin xəbərnaməsinin surətində xəbərnamənin xx.xx.2023-cü il tarixdə qəbul edildiyi imza ilə təsdiq etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-817/2023 saylı qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayətinə 10 oktyabr 2023-cü il tarixində saat 11:15-də Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında baxılacaqı barədə tərəflərə bildiriş göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müvafiq icra sənədinin əsas olan qətnamə apelyasiya qaydasında mübahisələndirildindən, həmin icra sənədi üzər Borclu Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimat təmin edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(027)-817/2023 saylı icra sənədi üzrə borclu, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar