Məhkəmə qərarları › İş №8(027)-409/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-409/2022

22.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-409/2022 22.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar Babaşova Günel Rza qızı tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-480/2021 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin 20 oktyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarına əsasən, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)- 480/2021 saylı icra sənədinə əsasən Borclu xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-cı il təvəllüdlü Babaşov Kənan Orxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınıb tələbkar Babaşova Günel Rza qızma verilməlidir. İş üzrə tələbkar X2 xx.xx.2021-ci il tarixli ərizəsi ilə Quba rayon İcra və probasiya şöbəsinə müraciət edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-480/2021 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-ci il tarixli qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-480/2021 saylı icra sənədi Quba rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda icra sənədi üzrə tələbkar Babaşova Günel Rza qızı həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-480/2021 saylı icra sənədinə əsasən Borclu xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2018-cı il təvəllüdlü Babaşov Kənan Orxan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2021-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment alınıb tələbkar Babaşova Günel Rza qızına verilməlidir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2021-ci il tarixli qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-480/2021 saylı icra sənədi Quba rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə iclasında Babaşova Günel Rza qızı şikayəti müdafiə edərək, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarının ləğv edilməsini və icra hərəkətlərinin davam edtdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə borcluya və Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar Babaşova Günel Rza qızının şikayəti təmin edilməlidir. Belə ki, 27 dekabr 2001-ci il tarixli İcra haqqında Azərbaycan Respublikası qanunun 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsasları göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)- 480/2021 saylı icra vərəqəsinin geri qaytarılmasına əsas olmuş hallar qanunvericilikdə mövcud deyil. Bu baxımdan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarından tələbkar Babaşova Günel Rza qızı tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar Babaşova Günel Rza qızının verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar